Klassik Alman felsefesi Plan: Georq Vilhelm Hegel L. Feyerbax Imanuel Kant



Yüklə 69,18 Kb.
səhifə9/14
tarix02.01.2022
ölçüsü69,18 Kb.
#38813
1   ...   6   7   8   9   10   11   12   13   14
referat 5076 (1)

Gözəllik və anlayış

Gözəllik dünyada olanlarda tamaşa edilən Absolyutdur. Mifologiyada tanrılar bu gözəllik qanunları ilə qurulur, sonra isə incəsənətə keçir.


Qabaqca «gözəlliyin Absolyut olanın ayrıcadan tamaşa edilməsi» ideyası ilə bağlı ortaya çıxan bir suala baxaq. Oxucu deyə bilər: Şellinq öncə göstərir ki, ayrıca bir nəsnə özündə öz anlayışını tam gerçəkləşdirəndə gözəl olur. Yəni insan əgər şikəstdirsə, rəng-rufundan xəstəlik yağırsa, gözlərindən kütlüyün donuqluğu görünürsə, deməli, onda «insan» anlayışına yazılmış «sağlamlıq», «dərrakə» kimi əlamətlər gerçəkləşmir, deməli, belə insanda həmin anlayış yarımçıq gerçəkləşib, ona görə də gözəl deyil. Ancaq sonra Şellinq gözəl bir nəsnəni Absolyuta tamaşa etməyə imkan verdiyi üçün gözəl adlandıranda məsələ xeyli qarışır. Axı, belə başa düşdük ki, filosof üçün Absolyut elə bir ümmandır ki və orada zənginliyin maksimum olmasından, müxtəlifliklərin əriyib bir-birinə qarışmasından elə bir müəmmadır ki, onu heç cürə aydınlıqda görmək olmaz. Anlayış isə nəsə aydın bir şeydir, məsələn, çətin deyil saymaq ki, «insan» anlayışına hansı ümumi əlamətlər, tanıdıcılar yığılıb. Gözəllik həm Absolyutu, həm anlayışı özündən tam göstərirsə, deməli, Absolyutla bağlı birinci durumda gözəllik müəmmadır, sonsuz dərinlikdir, ikinci durumda isə xeyli aydınlıqdır.

Belə bir suala Şellinqin əsərində cavab axtarsaq, çox dolaşıq şeylərə rast gələrik. Ancaq güman etmək olar ki, anlayışla Absolyutun bir-birinə keçidini Şellinq «hər şey hər şeydədir» (hər şey hər şeydə var) fəlsəfi prinsipində düşünürdü. Bu yerdə fikirləşmək olar ki, Şellinqə görə, hər bir anlayışdan «addım-addım» hər şeyə çıxmaq olar.

Argentina yazıçısı Borxesin dil haqqında bir söyləmi Şellinqi burada anlamaqda bizə kömək edə bilər. Yazıçı göstərir ki, hər söz mənasından sonsuzluğa açılıb, məsələn, biz «şir» sözündən onun ovladığı marala, maraldan onun gövşədiyi ota, otdan onun bitdiyi torpağa, torpaqdan Yer kürəsinə və beləcə, dünyada nə varsa, hamısına bircə-bircə çıxa bilərik. Deməli, hər sözdən, hər anlayışdan sonsuzluğa çıxmaq olar.

Görünür, Şellinq üçün anlayış bax, bu mənada sonsuzdur və ona görə də Absolyuta qapısı var.


Şellinqin bütün bu estetik quramalarının spekulyativliyi, yəni təcrübədən uzaq fəzada mürəkkəb naxışlar cızması göz qabağındadır. Ancaq onları faydalanmaq üçün anlamaq istəsək, gözəlliklə bağlı bir maraqlı düşüncəyə gəlmək olar. Gözəllik hər hansı bir nəsnəni elə təsirli, duyğutörədici edir ki, insan onun sayəsində həmin nəsnənin anlayışını min cür düşünərək min fikrə gəlir. Ancaq yenə də, əgər Şellinq bunu anlatmaq istəyirsə, bunu Kant Absolyutsuz-filansız daha aydın söyləmişdi: «Gözəllik odur ki, çoxlu düşüncələr oyadır və onlar heç bir anlayışa sığmır».


Yüklə 69,18 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin