Klassik Alman felsefesi Plan: Georq Vilhelm Hegel L. Feyerbax Imanuel Kant



Yüklə 69,18 Kb.
səhifə4/14
tarix02.01.2022
ölçüsü69,18 Kb.
#38813
1   2   3   4   5   6   7   8   9   ...   14
referat 5076 (1)

4.F.V.Y.Sellinq

Şellinqin sistemində fəlsəfə və estetika necə baxışır?

Şellinq obyektiv idealistdir, yəni bütün olanları elə başlanğıcdan çıxarır ki, bu başlanğıc dindəki Tanrı təsəvvürünə daha yaxındır. Hərçənd idealist fəlsəfə heç də, sadəcə, dinin ağıl, düşüncə prinsipi ilə yozulub təkrar edilməsi deyil. Onun üçün də varlığın substansiyası (özülü) kimi götürdüyü qeyri-maddi, ideal (yəni ideya xarakterli) güc hər hansı bir dinin Tanrısından istənilən qədər ayrılır.


Şellinqin estetikaya həsr olunmuş düşüncələri başlıca olaraq onun xeyli çətin anlaşılan «İncəsənətin fəlsəfəsi» əsərində toplanmışdır. Kitabın adında «fəlsəfə» sözü güclü təsir göstərmək xatirinə işlənməmişdir. Onun estetik düşüncələri fəlsəfi düşüncələrinin o biri üzüdür. Estetikası fəlsəfədən çıxıb o qədər uzağa getmir, çıxan kimi də tez geri qayıtmağa tələsir. Şellinq hətta bunu əsaslandırır da. Deyir: məni empirik incəsənət maraqlandırmır.
(Empirik incəsənət onun üçün dürlü sənət növlərindəki əsərlərdən «yığılır». Empirik təcrübi olanlardır, yəni duyularla qavranılanlardır).

Şellinqə görə, empirik incəsənətlə sənətşünaslıq elmləri məşğul olur. Filosofu isə, onun fikrincə, incəsənəti incəsənət edən əsaslar, tanıdıcılar maraqlandırır. Özü də bu əsaslar yalnız empirik incəsənət sahəsində təzahür etmir. Onlar həm də universuumun, yəni bütün dünyanın törəməsi, olması gedişində öz işlərini görürlər. Ona görə də incəsənət yalnız incəsənət deyil. İncəsənət həm də universuum özüdür.


Şellinqin bu yozumunun antik yunan fəlsəfəsində kökləri var. Məsələn, Stoyalı filosoflar deyirdilər ki, təbiət ən böyük incəsənətdir, çünki incəsənət kimi o da bəlli yolla, qaydalarla baş verir.
Şellinq estetikasını anlamaq üçün qabaqca onun fəlsəfəsinin dayaqları olan bir neçə anlayış və məsələni mənimsəyək.


Yüklə 69,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin