effektiv qarşılıqlı ünsiyyət prinsipləri
► Pasiyentlə ünsiyyət üçün kifayət qədər vaxt ayırın – hətta bir
neçə dəqiqə artıq vaxt ayırmaqla daha mükəmməl nəticəyə nail
olmaq olar.
► Xəstəlik və onun səbəbləri barədə pasiyentin öz rəyini öyrənin.
► Pasiyentin narahatlıq, qorxu və təşviş hislərini ifadə etməsini,
öz davranış tərzinin
dəyişməsində
motivasiyasını
və
müvəffəqiyyət şansını qiymətləndirməsini dəstəkləyin.
► Pasiyentlə başa düşdüyü dildə danışın və onun həyat tərzinin
yaxşılaşdırılmasına tərəfdar çıxın.
► Pasiyentə suallar verməklə tövsiyələrin ona aydın olduğuna və
onlara əməl edilməsi üçün lazımi şəraitin olmasına əmin olun.
► Etiraf edin ki, adət edilmiş vərdişləri tez bir zamanda
dəyişdirmək olduqca çətindir və təmkinli ardıcıl addımlar
tələsik hərəkətlərdən daha davamlı olur.
► Bilin ki, pasiyentlərə uzunmüddətli dəstək tələb oluna bilər və
həyat tərzinin dəyişdirilməsinin müvəffəqiyyətli olması üçün bir
çox pasiyentlərə təkrarən sizin köməyiniz lazım ola bilər.
► Əmin olun ki, bütün tibb heyəti eyni informasiyadan istifadə
edir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
|