Klinik protokol Az ərbaycan Respublikas


Praktik  sağlam  insanlarda



Yüklə 0,77 Mb.
səhifə8/65
tarix28.12.2021
ölçüsü0,77 Mb.
#10383
1   ...   4   5   6   7   8   9   10   11   ...   65
Praktik  sağlam  insanlarda ÜDX  səbəbindən  ölüm  təhlükəsi 

riski risk amillərinin toplam təsiri ilə müəyyən edilir. Ümumi risk bu 

halda  SCORE  şkalası  vasitəsi  ilə qiymətləndirilir.  SCORE 

qiymətləndirmə şkalası  aterosklerotik  mənşəli  (Mİ,  insult,  aortanın 

anevrizması  və s.)  ölüm  hadisəsinin  baş  verməsinin  10  illik  ümumi 

riskini  qiymətləndirir.  SCORE  şkalası  təsdiqlənmiş  aterosklerotik 

genezli ÜDX, I və II tip ŞD, XBX və ayrı-ayrı RA-nın səviyyəsi çox 

yüksək  olan  şəxslərə aid  edilmir,  çünki  bu  insanlarda  ümumi  risk 

ilkin  olaraq  çox  yüksəkdir  və ya  yüksək  hesab  edilir  və müvafiq 

olaraq  intensiv  korreksiya  tələb  olunur.  SCORE  şkalası  Şəkil  1-də

verilmişdir.

SCORE şkalası aşağıdakı parametrləri əks etdirir:

► yaş

► ümumi xolesterin



► SAT

► cins


► tütünçəkmə amili

SCORE  şkalası  iki  hissədən  ibarətdir:  sol  tərəfi  qadınlar,  sağ 

tərəfi  isə kişilərə aiddir.  Hər  iki  tərəfdə tütün  çəkənlər  və

çəkməyənlər  üçün  sütunlar  var. Sütunlar  müvafiq  yaşlara  uyğun 

olaraq 5 sektordan ibarətdir (aşağıdan yuxarıya: 40, 50, 55, 60 və 65 

yaş). Hər  sektorun  üfüqi  sıraları  SAT-nin,  şaquli  sütunlar  isə ÜXS-

nin  qanda  müvafiq  səviyyəsinə uyğundur.  Xətt  ilə sütunun 

kəsişməsində olan xanada göstərilən rəqəm ÜDX-dən 10 illik ümumi 

ölüm riskinə uyğundur. 1%-dən aşağı olan risk – aşağı, 1-5% – orta, 

5-10% – yüksək,  10%-dən  yuxarı  – çox  yüksək  hesab  edilir.  SCORE 

şkalası eyni zamanda riskin dərəcələrinin rənglə seçilməsini də təklif edir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin