Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 0,77 Mb.
səhifə5/65
tarix28.12.2021
ölçüsü0,77 Mb.
#10383
1   2   3   4   5   6   7   8   9   ...   65
ANLAYIŞLAR

ÜDX  riski bu  və ya  digər  RA-nın  kombinasiyasının 

ümumiləşdirilmiş  göstəricisidir  ki,  ölümcül  və qeyri-ölümcül  ürək-

damar  fəsadlarının  proqnozlaşdırılmış  yaranma  riskinin  dərəcəsini 

faizlə ifadə edir.



Ümumi risk  insanda aterosklerotik  genezli ölümcül  ürək-damar 

hadisəsinin  müəyyən  dövr  ərzində baş  verməsinin  faizlə ifadə

edilmiş ehtimal dərəcəsidir. Məsələn, 10 il ərzində 15% mütləq risk

həmin  şəxsin  yaxın  10 il  ərzində  aterosklerotik  genezli  ÜDX-dən 

vəfat  etməsi  ehtimalının  15%  olmasını  ifadə  edir.  ÜİX-nin  klinik 

əlamətləri  olmayan  insanlarda  ÜDX-nin  əmələ  gəlməsinin  ümumi 

riskinin qiymətləndirilməsi məqsədi ilə SCORE (Systemic ronary 

Risk  Evaluation - koronar  riskin  sistemli  qiymətləndirilməsi) 

şkalasından istifadə olunur. Həmin şkala 10 il ərzində aterosklerozla 

bağlı  ölüm  hallarının  baş  verməsi  riskini  müəyyən  etməyə imkan 

verir.


Nisbi  risk  insan  həyatının  ayrıca  bir  dövründə ÜDX-nin  əmələ

gəlməsi  ehtimalı  dərəcəsini  ifadə edir.  Nisbi  risk,  adətən,  risk 

amil(lər)i təsiri altında olan əhali arasında baş vermiş ÜDX hallarının 

risk amil(lər)i təsiri altında olmayan oxşar əhali arasında olan ÜDX 

hallarına  nisbəti  kimi  hesablanır.  Beləliklə nisbi  risk,  məsələn, 

tütünçəkmə kimi  risk  amilinin  mövcudluğu  xəstəliyin  baş  verməsi 

ehtimalının necə artırdığını göstərir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin