Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 0,77 Mb.
səhifə14/65
tarix28.12.2021
ölçüsü0,77 Mb.
#10383
1   ...   10   11   12   13   14   15   16   17   ...   65
ÜDX-nin RİSK AMİLLƏRİ

İrsi meyillilik

Bu günə qədər ÜDX-nin erkən əmələ gəlməsində irsi meyilliliyə

dair  birmənalı  anlaşılma  yoxdur.  Buna  baxmayaraq  bir  çox  ÜDX

riski  amillərində irsiliyin  roluna  dair  təkzibedilməz  sübutlar 

mövcuddur.  Bu  səbəbdən  aterosklerotik  proseslə müəyyən  edilmiş 

xəstəliklər  və ya  risk  amillərinin  əksəriyyəti  (yüksək  AT,  ŞD, 

hiperlipidemiya) xəstənin yaxın qohumlarında (55 yaşadək kişilər və

65 yaşadək qadınlar) dəqiqliklə müəyyən edilməlidir

176

.

Yaş və cins



Yaşın  artması+kişi  cinsi  ÜDX-nin  yaranması  riskini  artırır  və

riskin müəyyən edilmiş parametrləridir

37

.

İnsanın  yaşı,  onun  məlum  və naməlum  ÜDX  riski  amillərinin 



təsiri altında olduğu müddəti əks etdirən faydalı markerdir. Nisbətən 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




17

gənc  insanlar  bütün  risk  amillərinin  mövcudluğuna  baxmayaraq 

mütləq  aşağı  ÜDX  riski  qrupuna  aid  olurlar.  Məsələn,  tütünçəkən, 

SAT 180 mm c.s., qanda XS 8 mmol/l olan 45 yaşlı kişi, hətta heç bir 

müalicə olmadan  10  illik  müddətə 4%-lik  riskə (SCORE  şkalasına 

görə)  malikdir.  Beş  il  sonra,  yaşı  50-yə çatanda,  onun  10  illik  riski 

təhlükəli  həddə (14%)  çatmış  olacaq  və medikamentoz  müalicənin 

aparılmasında ehtiyac yaranacaqdır.

Qadınlar  üçün  risk  eyni  yaşda  olan  kişilərlə müqayisədə daha 

aşağıdır. Bir qayda olaraq, 60 yaşlı qadınlarda ÜDX riski göstəriciləri 

50 yaşlı kişilərin həmin göstəricilərinə uyğundur.

Hazırda  bütün Avropa  ölkələrində ÜDX  qadınlar  arasında  ölüm 

hallarının  əsas  səbəbidir.  ÜDX-dən  75  yaşadək  ölən  qadınlar  42%, 

kişilər  isə 38%  təşkil  edir

57

.  Qadınlar  arasında  ÜDX-nin  (ÜDX 



fəsadlaşmaları deyil) daha az yayılması daxili estrogenlərin qoruyucu 

təsiri  və eləcə də,  kişilərin  və qadınların  qidalanmasında  yağların 

səviyyəsinin fərqli olması ilə izah edilə bilər

90

.



ÜDX risklərinin təyini və onların dinamikada müşahidə edilməsi 

xüsusilə simptomsuz  ÜDX  olan  qadınlar və yaşlı  insanlar  üçün 

əhəmiyyətlidir.  Bu  səbəbdən  qadınlarda  və yaşlı  insanlarda  digər 

qruplarda olduğu kimi spesifik müalicənin (В)

84,128

müəyyən edilməsi 



məqsədi ilə ÜDX risklərinin qiymətləndirilməsi aparılmalıdır.

Həm  kişilərdə,  həm  də qadınlarda  tütünçəkmədən  imtina,  fəal 

həyat tərzinin  tətbiqi,  bədən  çəkisinin  normallaşdırılması  və normal 

AT və qanda XS səviyyəsi olduqda, eləcə də, vaxtlı-vaxtında nəzarət 

(və normadan kənarlaşma zamanı korreksiya) aparıldıqda ÜDX riski 

azaldıla bilər.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin