ANLAYIŞLAR
ÜDX riski bu və ya digər RA-nın kombinasiyasının
ümumiləşdirilmiş göstəricisidir ki, ölümcül və qeyri-ölümcül ürək-
damar fəsadlarının proqnozlaşdırılmış yaranma riskinin dərəcəsini
faizlə ifadə edir.
Ümumi risk insanda aterosklerotik genezli ölümcül ürək-damar
hadisəsinin müəyyən dövr ərzində baş verməsinin faizlə ifadə
edilmiş ehtimal dərəcəsidir. Məsələn, 10 il ərzində 15% mütləq risk
həmin şəxsin yaxın 10 il ərzində aterosklerotik genezli ÜDX-dən
vəfat etməsi ehtimalının 15% olmasını ifadə edir. ÜİX-nin klinik
əlamətləri olmayan insanlarda ÜDX-nin əmələ gəlməsinin ümumi
riskinin qiymətləndirilməsi məqsədi ilə SCORE (Systemic CОronary
Risk Evaluation - koronar riskin sistemli qiymətləndirilməsi)
şkalasından istifadə olunur. Həmin şkala 10 il ərzində aterosklerozla
bağlı ölüm hallarının baş verməsi riskini müəyyən etməyə imkan
verir.
Nisbi risk insan həyatının ayrıca bir dövründə ÜDX-nin əmələ
gəlməsi ehtimalı dərəcəsini ifadə edir. Nisbi risk, adətən, risk
amil(lər)i təsiri altında olan əhali arasında baş vermiş ÜDX hallarının
risk amil(lər)i təsiri altında olmayan oxşar əhali arasında olan ÜDX
hallarına nisbəti kimi hesablanır. Beləliklə nisbi risk, məsələn,
tütünçəkmə kimi risk amilinin mövcudluğu xəstəliyin baş verməsi
ehtimalının necə artırdığını göstərir.
Dostları ilə paylaş: |