9
ÜMUMİ MÜDDƏALAR
Aterosklerotik mənşəli ÜDX, xüsusən ÜİX, bütün dünyada erkən
yaşda ölümlərin əsas səbəbi olan xronik xəstəliklərdir. ÜDX əhali
arasında əlilliyin və əmək qabiliyyətinin itirilməsinin aparıcı
səbəbidir
1
. ÜDX-nin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə,
qidalanma, fiziki aktivlik, eləcə də psixo-sosial amillərlə sıx
əlaqəlidir
178
.
ÜDX-nin profilaktikası onun təsirinin və ya ÜDX ilə əlaqəli
əlilliyin aradan qaldırılmasına və ya azaldılmasına yönəldilmiş
ictimai və
ya fərdi səviyyədə
həyata keçirilən tədbirlər
kompleksindən ibarətdir. ÜİX səbəbindən baş verən ölüm hallarının
azalmasının 50%-i risk faktorlarına təsir etməklə, 40%-i isə
müalicənin yaxşılaşdırılması ilə əldə edilir, bu da profilaktikanın
effektiv olmasından xəbər verir
56
.
ÜDX-nin profilaktikası ideal şəkildə hələ antenatal inkişaf
dövründə başlayır və həyat boyu davam edir.
Ənənəvi olaraq ÜDX-nin profilaktikası birincili və ikinciliyə
bölünür.
Birincili profilaktikaya dair iki yanaşma strategiyası mövcuddur:
bütün əhaliyə yönəldilmiş strategiya və yüksək risk strategiyası
134
.
Bütün əhaliyə yönəldilmiş strategiya həyat tərzinin dəyişdirilməsi və
ətraf mühitin yaxşılaşdırılması (məsələn, tütünçəkmənin qadağan
edilməsi və qida vasitəsi ilə duzun qəbulunun azaldılması) kimi
tədbirlər vasitəsi ilə ÜDX-nin əhali səviyyəsində azaldılmasına
istiqamətlənir.
Yüksək risk strategiyası isə profilaktik tədbirləri ÜDX-si
olmayan və eyni zamanda çox yüksək risk qrupuna aid olan
insanlarda (məsələn, bir neçə risk amillərinin birləşməsi hallarında:
tütünçəkmə, yüksək arterial təzyiq, şəkərli diabet və ya
dislipidemiya) risk amillərinin azaldılmasına istiqamətləndirilir.
İkincili profilaktika artıq ÜDX diaqnozu qoyulmuş insanlarda
aparılır
134
.
Ümumiyyətlə, ÜDX-nin profilaktikasının bünövrəsi sağlam həyat
tərzindən, ənənəvi risk amillərinin təsirinin azaldılmasından, eləcə də
kardioprotektor terapiyasının seçilmiş şəkildə tətbiq edilməsindən
ibarətdir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.