SCORE şkalasından istifadə qaydası
Praktik misal: kişi, 54 yaşında, siqaret çəkir, sistolik AT 140 mm
c.s., ÜXS 4 mmol/l. ÜDX-dən 10 illik ümumi ölüm riskinin
qiymətləndirilməsi üçün cədvəldə pasiyentin yaşına, cinsinə və
tütünçəkmə amilinə uyğun sektoru tapmaq lazımdır. Həmin sektor
daxilində üfüqi olaraq onda SAT-yə, şaquli olaraq isə ÜXS-yə uyğun
olan xananı tapmaq lazımdır. Həmin xanada olan rəqəm bu şəxsin
yaxın 10 il ərzində ÜDX-dən ümumi ölüm riski dərəcəsinin faiz
göstəricisidir. Qeyd olunan misalda bu rəqəm 3-ə bərabərdir.
Beləliklə sözü gedən şəxsin yaxın 10 il ərzində ÜDX-dən ölməsi
ehtimalı 3% təşkil edir. ÜDX-nin əmələ gəlməsi ehtimalı isə
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
13
dəfələrlə yüksək ola bilər: ölümcül hadisə riskinin ölümcül+qeyri-
ölümcül ürək-damar hadisələri riskinə çevrilməsi üçün SCORE
şkalasına görə 3-ə (qadınlarda isə 4-ə) vurulmalıdır.
Dostları ilə paylaş: |