Risk amillərinin azaldılmasına dair tövsiyələr:
► ÜDX təzahürləri olmayan böyüklər üçün bir neçə risk faktorunun
nəzərə
alınması ilə
(məsələn, SCORE) ümumi riskin
qiymətləndirilməsi tövsiyə olunur (C)
104
► Yüksək risk aşağıdakı hallarda təyin edilə bilər: təsdiq edilmiş
ÜDX, ŞD, böyrəklərin xronik xəstəliklərinin orta ağır və ya ağır
forması, fərdi risk faktorlarının yüksək göstəriciləri və ya
SCORE şkalası üzrə yüksək riski olan xəstələrdə (C)
67,104
ÜDX riskinin qiymətləndirilməsi
ÜDX-nin ümumi riskinin hesablanması bütün kateqoriyalardan
olan xəstələrin aparılmasında əsas üsullardan biridir. SCORE şkalası
kimi riskin proqnozlaşdırılması sistemi ən optimal qərarlar qəbul
etməyə, yarımçıq müalicənin və ya dərmanların həddindən artıq təyin
edilməsinin qarşısının alınmasına yardım edir.
İnsanların əksəriyyəti riskin vaxtında müəyyən edilməsi üçün ən
azı 2 ildə bir dəfə həkimə müraciət etməlidir.
Bir qayda olaraq, ümumi riskin qiymətləndirilməsi həkimin
konsultasiyası zamanı aşağıdakı hallarda aparılır:
► şəxs bunu istədiyi zaman
► tütünçəkmə, artıq bədən çəkisi və ya hiperlipidemiya kimi risk
amillərinin biri və ya bir neçəsi mövcud olduğu halda
► ailə anamnezində erkən ÜDX və hiperlipidemiya kimi əsas risk
amilləri mövcud olduğu halda
► ümumiyyətlə, yaşı 40-dan yuxarı olan kişilərdə və yaşı 50-dən
yuxarı olan və ya menapauzada olan qadınlarda (lipid profilin
müəyyən edilməsi də daxil olmaqla)
► ÜDX-nin simptomları olduğu halda
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
|