Praktik sağlam insanlarda ÜDX səbəbindən ölüm təhlükəsi
riski risk amillərinin toplam təsiri ilə müəyyən edilir. Ümumi risk bu
halda SCORE şkalası vasitəsi ilə qiymətləndirilir. SCORE
qiymətləndirmə şkalası aterosklerotik mənşəli (Mİ, insult, aortanın
anevrizması və s.) ölüm hadisəsinin baş verməsinin 10 illik ümumi
riskini qiymətləndirir. SCORE şkalası təsdiqlənmiş aterosklerotik
genezli ÜDX, I və II tip ŞD, XBX və ayrı-ayrı RA-nın səviyyəsi çox
yüksək olan şəxslərə aid edilmir, çünki bu insanlarda ümumi risk
ilkin olaraq çox yüksəkdir və ya yüksək hesab edilir və müvafiq
olaraq intensiv korreksiya tələb olunur. SCORE şkalası Şəkil 1-də
verilmişdir.
SCORE şkalası aşağıdakı parametrləri əks etdirir:
► yaş
► ümumi xolesterin
► SAT
► cins
► tütünçəkmə amili
SCORE şkalası iki hissədən ibarətdir: sol tərəfi qadınlar, sağ
tərəfi isə kişilərə aiddir. Hər iki tərəfdə tütün çəkənlər və
çəkməyənlər üçün sütunlar var. Sütunlar müvafiq yaşlara uyğun
olaraq 5 sektordan ibarətdir (aşağıdan yuxarıya: 40, 50, 55, 60 və 65
yaş). Hər sektorun üfüqi sıraları SAT-nin, şaquli sütunlar isə ÜXS-
nin qanda müvafiq səviyyəsinə uyğundur. Xətt ilə sütunun
kəsişməsində olan xanada göstərilən rəqəm ÜDX-dən 10 illik ümumi
ölüm riskinə uyğundur. 1%-dən aşağı olan risk – aşağı, 1-5% – orta,
5-10% – yüksək, 10%-dən yuxarı – çox yüksək hesab edilir. SCORE
şkalası eyni zamanda riskin dərəcələrinin rənglə seçilməsini də təklif edir.
Dostları ilə paylaş: |