Ключ[править


ŞİFRƏLƏMƏ Şifrləmə dedikdə açıq mətn adlanan M



Yüklə 126,27 Kb.
səhifə2/3
tarix10.11.2022
ölçüsü126,27 Kb.
#68260
1   2   3
Kriptorafiya

ŞİFRƏLƏMƏ


Şifrləmə dedikdə açıq mətn adlanan M başlanğıc məlumatının şifrələnmiş mətn (və ya şifrmətn) adlanan Mı formasına çevrilməsi başa düşülür. Nəzərə almaq lazımdır ki,

əks çevirməni həyata keçirmək üçün açar adlanan əlavə informasiyaya malik olmaq lazımdır.


Bəzi istifadəçilər şifrələməni kodlaşdırma ilə səhv salırlar. Əslində bu proseslər arasında hiss olunacaq dərəcədə fərq vardır. Kodlaşdırmada da başlanğıc məlumatın başqa bir formaya çevrilməsi prosesi yerinə yetirilir, amma bu çevrilmədə məqsəd informasiyanın əlverişli ötürülməsi və ya əlverişli təhlil edilməsidir. Məsələn, xüsusi hazırlanmış mətn ikilik kod ilə kodlanır (yəni hər bir simvol 1 və 0 –ların ardıcıllığı ilə əks olunur). Məqsəd bu informasiyanı Elektron Hesablama Maşınında rahat təhlil etmək, lazım gəldikdə yaddaşda saxlamaqdır, çünki elektrik impulsları ardıcıllığı ilə əks olunan informasiyanı kabel vasitəsilə ötürmək rahat və əlverişlidir.
Şifrələmənin məqsədi isə başqadır. Mətn ona görə şifrələnir ki, şifrəni açmaq üçün açara malik olmayan kənar şəxs (daha doğrusu pisniyyətli insan) şifrələnmiş mətni oxuya bilməsin (hətta mətn haqqında müəyyən məlumata malik olsa da belə).
Beləliklə, şifrələmə informasiyanın konfidensiallığını təmin edən alətdir.
Şifrələmə alqoritmi iki böyük qrupa bölünür: 1.Simmetrik (ənənəvi şifrələmə);
2.Açıq açarla şifrələmə.


SİMMETRİK ŞİFRƏLƏMƏ

Şifrələmənin simmetrik alqoritmində bir K açarından istifadə olunur. Açar məlumatı şifrələmək və sonrakı mərhələdə şifrədən çıxarmaq (deşifrə) üçün istifadə edilir. Deməli, məlumatı göndərən qəbul edən həmin açara malik olmalıdır. Öndə söylənənləri sxem şəkilində belə yazmaq olar:




Mı = E (M, K)
M = D (Mı, K)
Burada E – şifrələmə funksiyasıdır (encrypt), D - isə deşifrələmə funksiyasıdır (decrypt), hər iki funksiya bir yerdə K açarından istifadə edir.
Tarixə nəzər salsaq görərik ki, şifrələmə birinci yaranmışdır. Bununla yanaşı XX əsrin ortalarına kimi bu üsul şifrələmənin yeganə üsulu sayılırdı. Simmetrik alqoritm indiki zamanda geniş istifadə olunur.
Simmetrik alqoritm üç sinifə bölünür:

  1. Dayaqlıq alqoritmi;

  2. Başqasının yerinə qoyulma alqoritmi;

  3. Həm dayaqlıq, həm də ki, başqasının yerinə qoyulma alqoritmi (EHM-da informasiyanın mühafizə edilməsi üçün müasir dövrdə hazırlanan bütün
    Yüklə 126,27 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin