Şərti ehtimal
Hər bir təsadüfi prosesi öyrənmək üçün müəyyən {Ω,F,P} ehtimal fəzası qurulur. Bu fəzada hadisələrin ehtimalı heç bir əlavə şərt qoyulmadan hesablanır. Belə hesablanan ehtimallar şərtsiz ehtimallar adlanır. Bəzən bir çox hadisələrin ehtimalını əlavə şərtlər daxilində hesablamaq lazım gəlir. B hadisəsinin baş verməsi şərtində A hadisəsinin ehtimalına şərti ehtimal deyilir və P(A/B) ilə işarə olunur.
A hadisəsinin, B hadisəsinin baş verməsi şərtində P(A/B) şərti ehtimalı həmin hadisələrin hasilinin ehtimalının B hadisəsinin ehtimalına olan nisbətinə deyilir:
P(A/B)= P(AB)
P(B)