Kommersiya fəaliyyətinin psixologiyası və etikası


düzgün və operativ informasiya əsasında firmamn işgüzar imicinin (simasının) yaraddması sənəti və elmi kimi nəzərdən keçirdir



Yüklə 30,71 Kb.
səhifə5/5
tarix01.01.2022
ölçüsü30,71 Kb.
#50531
1   2   3   4   5
ATOMUN QURULUŞU HAQQINDA MÜASİR MƏLUMATLAR

düzgün və operativ informasiya əsasında firmamn işgüzar imicinin (simasının) yaraddması sənəti və elmi kimi nəzərdən keçirdir. Bu zaman imicin və işgüzar insamn menecerin və təşkilatın (firmanın) formalaşması metodları nəzərdə tutulur. Pablik rileyşnz özünə aşağıdakı başlıca istiqamətləri daxil edir: ictimai rəy; ictimai münasibət; dövlət orqanlan ilə münasibət; malgöndərənlərlə münasibət; istehlakçılarla münasibət; tədqiqat və statistika; kütləvi informasiya vasitələri ilə qarşılıqh fəaliyyət.

Bir çox Azərbaycan firma və şirkətləri artıq bu gün mətbuatla əlaqə üzrə yaxşı təşkil olunmuş xidməti bölmələrə malikdir, ancaq çox vaxt bu sahədə digər mühüm iş istiqamətlərini nəzərdən qaçırır. Bir qayda olaraq, ən yaxşı nəticələrə pabhk rileyşnzlə iş planı işlənib hazırlammş, onun bütün istiqamətləri ilə qarşıhqh əlaqə təmin olunmuş və durmadan yerinə yetirən şirkətlər nail olur.

Xarici təcrübədə, adətən firmanın bütün işgüzar münasibətlərin tərkib hissəsi kimi çıxış edən imicinin formalaşdırılmasında şübhə olmur. Bu gün əsaslı imic olmadan biznesdə uğura, cəmiyyətin ən müxtəlif dairələrində yüksək nüfuza ümid bəsləmək avamlıq olar. 

Firmanın imici anlayışına verilmiş firmanın əməkdaşları və onun müştəriləri arasında münasibətlər sistemi, geyimin firma tərzi, ofisin erqonomika və dizaynı daxildir. Firmanın bu xüsusiyyətləri müştərilərə və işgüzar partnyorlara (tərəf müqabillərə) firmamn etibarlılığı və sanballılığı haqqında təsəvvür təlqin etməlidir.

Ofislərin erqonomikası (idarəetmə əməyinin avtomatlaşdarılmasmm texniki vasitələri ilə təchiz olunması) və onların dizaynı (xarici tərtibatı) bizim ölkə üçün həddən artıq aktual problemdir. Ancaq onun həlli həmişə uğurlu olmur. Bir halda müvafiq mütəxəssislərin dəvət olunması üçün vəsait çatışrmr, başqa bir halda isə sifarişçinin zövqsüzlüyü, onun əməyin təşkili qaydalarını layiqincə qiymətləndir- məməsi işi məhv edir.

Nəticədə imicdə çox şey itirilir. Vizit kartının olmamasının işgüzar etiketə riayət etməmək kimi qiymətləndirildiyi, ofisin və xidməti kabinetlərin xarici görünüşü də firmanın nüfuzuna böyük zərər vurur. Eyni zamanda, interyerin estetik tərtibatı xidmətçilər və müştərilər üçün rahat avadanlıqlar ünsiyyət və iş üçün əlverişli şərait yaradır.



Firma tərzinin yaradılmasında xırdaçılıq olmur. Əsası odur ki, hər şey firma üçün arzuolunan simasının formalaşmasına xidmət etsin. İmicin formalaşdırılması uzun sürən və bahalı prosedurdur. O, iri məbləğdə pul, zaman və şəxsi səy məsrəfləri tələb edir. Firmanın imici onun biznesdəki uğuru ilə assosiasiya təşkil etməlidir. Uğur firma qarşısında qoyuhnuş məqsədlərə maddi, sosial və psixoloji resursların minimal səviyyədə itirilməsi ilə nail olunmasından ibarətdir. Uğura canatma aşağıdakı komponentlərdən ibarətdir: öz qərarlarına görə məsuliyyət daşımaq, qarşıya məqsəd qoymaq və ona öz gücü ilə nail olmaq bacarığı; mülayim riskə meyillilik, təsadüfiliyə deyil, öz bilik və bacarıqlarına güvənmək; hər bir qərarın arxasında real konkret nəticə görə bihnək bacarığı.
Yüklə 30,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin