Windows Media Player
Windows Media Player video, audio və səsyazma fayllarını səsləndirməyə imkan verir. Bunun üçün Fayl menyusunun Açmaq (Open) əmrini yerinə yetirmək lazımdır. Pəncərənin idarəetmə düymələri əvvəlki multimedia proqramlarında olduğu kimidir və eyni qayda ilə səsləndirməni idarə etmək olar.
Lazer disk səsləndiricisi
Proqram lazer diski səsləndirmək üçün nəzərdə tutulub. Proqramın pəncərəsi idarəetmə düymələrinə, alətlər panelinə, vaxt indikatoruna və məlumat panellərinə malikdir. Kompakt diski səsləndirmək üçün düyməsini sıxmaq kifayətdir. Digər idarəedici düymələr vasitəsilə səsləndirməni tənzimləmək və dayandırmaq olar. Alətlər paneli vaxt indikatorunu, idarəetmə və kompakt diskin cığırlarının yerinə yetirilmə ardıcıllığını və səslənmə rejimini müəyyən edir. Əgər alətlər paneli ekranda bu və ya digər səbəbdən yoxdursa, onun funksiyalarını Parametrlər (Options) menyusunun müvafiq əmrlərilə həyata keçirmək olar .
Sazlama (Preferences) əmri tanışlıq üçün fraqmentin davam etmə müddətini, pəncərənin görünüşünü dəyişdirməyə, müəyyən olunmuş parametrlərin sonrakı seanslarda da öz gücündə qalmasını müəyyən etməyə imkan verir. Disk (Disc) menyusunun Diskin təsviri əmri səslənəcək melodiyalarını öz zövqümüzə uyğun səslənmə ardıcıllığını müəyyən etməyə imkan verir. Bu zaman hər bir melodiyaya bu və ya digər «şərh» vermək olar.
Dostları ilə paylaş: |