Rastr və vektor təsvirlərlə iş üçün proqram sistemləri
Rastr görüntülərlə işləmək üçün proqram vasitələrini – qrafik redaktorları iki qrupa bölmək olar. Birinci qrup ikiölçülü rəsmlərin yaradılması üçün nəzərdə tutulub. Bu qrupa aid proqramlar tipik rəssam alətlərini (fırça, qələm, karandaş və s.), boyaq materiallarını (akvarel, yağlı boya və s.) və əriş materialları (kağız, kətan və s.) imitasiya edir. İkinci qrup proqram vasitələrinə rastr görüntülərin emalı proqramları aiddir. Bu proqramlarda rəsm çəkmək üçün məhdud sayda alətlər olur, əvəzində onlar görüntülərin redaktə və montaj olunması üçün geniş imkanlara malikdir.
Qeyd olunduğu kimi, vektor görüntülərlə işləmək üçün geniş imkanlara malik olan və sərbəst yayılan bir sıra proqramlar mövcuddur. Belə proqramlardan biri OpenOffice.org paketinə daxil olan OpenOffice.org Draw proqramıdır.
OpenOffice.org Draw proqramı düz xətlər, müxtəlif növ əyrilər, düzbucaqlılar, çevrələr və başqa fiqurlar çəkməyə imkan verir. 3D-qrafika alətləri paralelepiped, konus, silindr və s. kimi üçölçülü həndəsi fiqurlar çəkmək üçün nəzərdə tutulub. Bu proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif idarəetmə elementləri (düymələr, mətn boksları, radio düymələri, yoxlama boksları və s.) də yaratmaq olar.
OpenOffice.org Draw proqramı düz xətlər, müxtəlif növ əyrilər, düzbucaqlılar, çevrələr və başqa fiqurlar çəkməyə imkan verir. 3D-qrafika alətləri paralelepiped, konus, silindr və s. kimi üçölçülü həndəsi fiqurlar çəkmək üçün nəzərdə tutulub. Bu proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif idarəetmə elementləri (düymələr, mətn boksları, seçim düymələri, yoxlama boksları və s.) yaratmaq olar.
Dostları ilə paylaş: |