"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 0,5 Mb.
səhifə17/24
tarix02.01.2022
ölçüsü0,5 Mb.
#36978
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
MUhazire

Fraktal qrafika ilə iş.
Ötən əsrin 70-ci illərində meydana çıxan “fraktal”, “fraktal həndəsə” və “fraktal qrafika” anlayışları bu gün riyaziyyatçı və proqramçıların gündəlik həyatına çox sıx daxil olmuşdur. “Fraktal” sözü “fracrus” latın sözündən yaranıb və “bölünmüş”, “parçalanmış”, yaxud “qırılmış” anlamını verir. Bu termin 1975-ci ildə fransız riyaziyyatçısı Benua Mandelbrot [Benoit Mandelbrot] tərəfindən perio- dik olmayan, yalnız özünə bənzər strukturları bildirmək üçün təklif olunub.

Bu gün kompüter qrafikasında fraktalların rolu çox böyükdür. Fraktal qrafikanın əsasında fraktal həndəsə dayanır. Burada görüntülərin yaradılması üsulu varis-obyektlər tərəfindən həndəsi xassələrin “valideynlərdən” irsən alınmasına əsaslanır.

Fraktal elə strukturdur ki, hissələri müəyyən mənada onun özünə ox şayır.

F raktalın başlıca xassələrindən biri özünəoxşarlıqdır. Özünəoxşar obyektlər elə obyektlərə deyilir ki, onların böyüdülmüş hissələri özünə və bir-birlərinə bənzəyir. Başqa sözlə, fraktalın kiçik bir hissəsi bütöv fraktal haqqında informasiyanı özündə saxlayır.

Təbiətdə olan bir çox obyektlər fraktal xüsusiyyətlərinə malikdir: qar dənəciyi böyüdüldükdə fraktal olur; ağac və bitkilər fraktal alqoritmlər üzrə böyüyür; dənizin sahil xətlərinə böyüdülmüş miqyasda baxdıqda əvvəlkilərə bənzər yeni-yeni girinti-çıxıntılar üzə çıxır.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin