Rastr qrafikasının növləri, sinifləşdirilməsi və xüsusiyyətləri. Pastr qrafikasının keyfiyyəti təsvirdəki piksellərin tam sayı (təsvirin həlli) və hər pikseldəki informasiya miqdarı ilə müəyyən olunur. Yüksək keyfiyyətli təsvirlərin saxlanması üçün böyük həcmli fiziki yaddaş tələb olunur, odur ki, təvirin fiziki ölçülərini kiçiltmək üçün arxivləşdirmə metodlarına müraciət edirlər və bu halda təsvirin keyfiyyəti aşağı enir.
Rastr qrafikası təsvirin həllindən asılıdır. Rastr təsviri heç bir keyfiyyət itkisi olmadan miqyaslaşdırmaq mümkün deyil. Rastr təsvirlər adətən foto-larda öz əksini tapır. Monitorlar adətən 72-130 ppi (piksel per inch) həlli olan təsvirləri əks etdirə bilir, bəzi müasir printerlər isə 2400 dpi (dot per inch) printer həlli ilə təsviri çap edə bilir.
Rastr qrafikasını təyinatına görə aşağıdakı kimi ayırmaq olar:
a) İnternet üçün adətən orta keyfiyyətli, kiçik ölçülü (15-640 piksel) və aşağı həlli (70-200 dpi) olan təsvirlər tələb olunur, çünki belə xırda təsvirlər brauzerin ekranından daha tez və keyfiyyətli əks olunurlar, ekranda çox böyük yer tutmurlar və onların miqyaslaşdırılması ilə bağlı problem yaranmır.
Fotokameralar vasitəsilə əldə edilmiş təsvirlər internetdə dərc olunanlarla müqayisədə daha yüksək keyfiyyətə malik olmalıdırlar, bu səbəbdən onları xüsusi formatda (RAW, JPEG) mühafizə etmək lazımdır. Skanerdən əldə edilmiş təsvirlərin həlli adətən 200-2400 dpi olmalıdır, çünki bundan yüksək həllə ehtiyac yoxdur. Əgər skanerdən götürülmüş təsvirin həlli daha yuxarı olarsa, bu onun ölçüsünün əhəmiyyətsiz dərəcədə artmasına səbəb olur və heç bir praktik fayda vermir. Skanerdən əldə edilmiş ağ-qara sənədlər adətən TİFF və GİF formatlarında, rəngli sənədlər isə JPEG yaxud GİF formatlarında mühafizə edilirlər. Son zamanlar PDF və DJVU formatlarına üstünlük verilir, çünki bu formatlar skanerdən əldə edilmiş sənədləri daha keyfiyyətli saxlamaqla yanaşı sənədlərin internet vasitəsilə ötürülməsi üçün daha əlverişlidirlər. Lakin qeyd etmək lazımdır ki, PDF vektor formatına aiddir və bu səbəbdən həm qrafiki, həm bir sıra başqa cəhətlərdən dəfələrlə daha geniş imkanlara malikdir. Printerdə təsviri çap edərkən printer həllini 1200 dpi seçmək daha əlverişlidir, çünki belə həlldə təsvirdəki xırda keçidlər və çatışmamazlıqlar gözə çarpan olmur.
Dostları ilə paylaş: |