"kompüter qrafikasi" FƏNNİNİn predmeti


Additiv və subtraktiv rəng modellərinin qarşılıqlı əlaqəsi



Yüklə 0,5 Mb.
səhifə9/24
tarix02.01.2022
ölçüsü0,5 Mb.
#36978
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
MUhazire

Additiv və subtraktiv rəng modellərinin qarşılıqlı əlaqəsi. RGB modeli şüalanan, CMYK modeli isə əks olunan işıqla işləyir. Monitorda yerləşən təsviri printerdə çap etmək üçün istifadə olunacaq xüsusi proqram bir rəng modelindən digər rəng modelinə keçidi təmin etməlidir.

Dörd rəngli çap prosesini iki mərhələyə bölmək olar:

•İlkin təsvir əsasında həmin təsvirin mavi (firuzəyi), al-qırmızı, sarı və qara təşkiledicilərinin yaradılması;

•Həmin təşkiledicilərin (təsvirlərin) hər birinin eyni kağız vərəqdə çap edilməsi.

Rəngli təsvirin dörd komponentə (təşkilediciyə) bölünməsi xüsusi proqramla həyata keçirilir. Printerlərdə CMYK modelindən istifadə edilsəydi təsvirin RGB modelindən CMYK modelinə çevrilməsi çox sadə olardı, çünki qırmızı və yaşıl rənglərin qarışığı ilə sarı, sarı və mavi rənglərin qarışığı ilə yaşıl, qırmızı və göy rənglərin qarışığı ilə al-qırmızı və s. rəng alınır.

Rəng dairəsi RGB və CMYK modelləri arasındakı əlaqəni göstərir.

H
ər bir üçbucaqlının rəngı ona bitişik üçbucaqların rəngi ilə müəyyən edilir. Qara rəngin əlavə edilməsi nəticəsində çevirilmə prosesi xeyli çətinləşir. RGB modelində nöqtənin rəngi RGB rənglərin köməyi ilə alınırsa, yeni modeldə noqtənin rəngi CMYK qarışığına qara rəngin muəyyən miqdarını əlavə etməklə alınır. RGB modelinin məlumatlarını CMYK modelinə çevirmək üçün rəng ayırma proqramı bir sıra riyazi əməliyyatları yerinə yetirir.

RGB və CMYK modelləri arasındakı əlaqə

RGB və CMYK modellərində rənglərin alınma üsulu fərqli olduğuna görə monitorda görünən rəngləri olduğu kimi çap etmək olduqca çətindir. Adətən ekranda olan rənglər çap edilən eyni rənglərdən daha parlaq olur. Ən geniş rəng əhatəsi gözün fərqləndirə bildiyi rənglərin məcmusudur. Bu natural rəng əhatəsi adlanır.



Natural rəng əhatəsinə nəzərən RGB modeli daha az, CMYK modeli isə RGB modelinə nisbətən kiçik əhatəyə malikdir .Nəzərə almaq lazımdır ki, çap edilə bilən rənglərin sayı ekranda yaradıla bilən rənglərin sayından xeyli azdır. Ona görə də bir sıra qrafik redaktorlarda RGB modeli ilə yaradılan rənglərin CMYK modelinin rəng əhatəsindən kənara çıxması haqqında xəbər verən göstərici nəzərdə tutulmuşdur. Adobe Photoshop proqramında xəbərdarlıq göstəricisi kimi kiçik nida işarəsindən istifadə edilir. Belə xəbərdarlıq meydana gələndə Mouse-un sol düyməsini sıxmaqla Adobe Photoshop poqramını məcbur etmək olur ki, həmin rəngi CMYK modelindəki yaxın rəng spektri ilə əvəz etsin.


  1. Yüklə 0,5 Mb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin