12
Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər
ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl Com
portuna (
communications
port
) qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha
olur və fərdi kompüterə rahat qoşulur.
6. İNFORMASİYANIN SIXLAŞDIRILMASI. SƏHVLƏRİN
TAPILMASI VƏ TƏSHİHİ
İnformasiyanın sıxlaşdırılması. Rabitə xəttinə informasiyanı ötürməmişdən
əvvəl daha böyük miqdarda informasiyanı ötürmək üçün mütləq həmin
informasiyanı sıxlaşdırmaq lazımdır. Sıxlaşdırma prinsiplərindən biri ondan
ibarətdir ki, təkrar olunan simvol və kodlar ardıcıllığı daha qısa şəkildə yazılmış
kodla əvəz edilir. Məs, AAAAAVVVVSSSSSS=5A4V6S.
Sıxlaşdırmanın digər bir üsulu qısaldılmış baytlardan istifadə edilməsidir. Aydındır
ki, bayt özü 8 bitdən ibarətdir, amma 5 bitdən ibarət olan informasiya qrupu bir
baytdan başlayıb, digər baytda qurtara bilər. Bu cür qısaldılmış bayt birləşmələrinin
uzunluğu müxtəlif ola bilər. Əksər hallarda ən çox rast gəlinən simvollar bitlərin
qısaldılmış ardıcıllığı ilə kodlaşdırıla bilirlər. Hal-hazırda informasiyanın
sıxlaşdırmasının mürəkkəb alqoritmləri əsasında işləyən külli miqdarda proqram –
arxivatorlar işlənib hazırlanmışdır. Qeyd etmək lazımdır ki, ən kiçik sıxlaşdırma
vahidi informasiyanın tipindən asılı olaraq, informasiya blokudur. Ən geniş yayılmış
proqram arxivatorlardan – Rar və Zip proqramlarını göstərmək olar.
Verilənlərin sıxlaşdırılmasını modemin daxilində yerləşdirilmiş sıxlaşdırma
protokolu (MNR5), həmçinin verilənlərin ötürülmə kanallarının özü həyata
keçirirlər.
|