14
Komputer şəbəkələrində standartlaşmanın əsasını şəbəkə qarşılıqlı vasitələrinin
yaradılmasında çoxsəviyyəli yanaşma təşkil edir.
1983-i ildə Beynalxalq standartlaşma institutu tərəfində şəbəkələrin qarşılıqlı
əlaqələrin əsası olan model yaradıldı. Bu model OSI (Open System
Interconnection) (Qarşılıqlı əlaqəli açıq sistem) adlandırılaraq müasir kompüter
şəbəkələrinin əsasını təşkil edir.
OSI xəyali bir modeldir. Yəni heç bir yerdə OSI proqramı və ya OSI təchizatı
deyilən bir şey görə bilməzsiniz. Ancaq proqram və təchizat istehsalçıları bu
modeldə təsvir olunan qaydalar çərçivəsində malları istehsal edirlər və satışda olan
mallar buna görə bir-biri ilə uyğunlaşa bilirlər. OSI modeli aparatların iş
funksiyasını anlamaq və açıqlamaq üçün istifadə olunur.
OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif
əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı
funksiyanı yerinə yetirməsini göstərir.
OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür:
1. fiziki səviyyə;
2. kanal səviyyəsi;
3. şəbəkə səviyyəsi;
4. nəqliyyat səviyyəsi;
5. seans səviyyəsi;
6. təqdimetmə səviyyəsi;
7. tətbiqi səviyyə.
Fiziki səviyyə (Physical layer) fiziki əlaqə kanalında informasiyanın (bitlərin)
ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksial kabel, burulmuş
qoşa kabel, optik lifli kabel və s. nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının,
məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma
tipi, siqnalların ötürülmə sürəti və s. müəyyənləşdirilir.
Fiziki səviyyədə yalnız informasiya bitlərlə ötürülür. Lakin bu zaman əlaqə xətləri
məşgul ola bilərlər.