Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   9   10   11   12   13   14   15   16   ...   57


Modemlərin iş rejimləri. Kompüterə qoşulmuş modem aşağıdakı iki rejimdən 

birində işləyə bilər: 

1.  verilənlərin ötürülməsi rejimi (modem is online) 

2.  əmrlər rejimi.  



Verilənlərin  ötürülməsi  rejimində  modem  kompüterdə  ona  göndərilən  bütün 

informasiyanı  verilənlər  kimi  qəbul  edib,  onu  analoq  siqnalına  çevirir  və  telefon 

xəttinə ötürür.  

Əmrlər rejimi isə modemi idarə edir. Bu rejimdə kompüterlər tərəfindən verilən 

xüsusi əmrlərdən istifadə edilir, modem özü isə sərbəst olaraq ayrıca işləyir. Modem 

kompüterdən simvollar sətrini aldıqda o, bunu əmrlər kimi başa düşür. Əgər bu əmr 

aydınlaşdırılarsa, o zaman modem bunu icra edir, əks halda isə modem onu bir səhv 

kimi  qəbul edir.  Əmrlər  rejiminin  bir  növü zəngi gözlətmək  rejimidir.  Bu hAlda 

modem  elə  bir  gözləmə  vaziyyətini  alır  ki,  o,  istənilən  anda  telefon  dəstəyini 

qaldırmaq və xəttin o biri tərəfində olan modemlə rabitə qurmaq vəziyyətinə malik 

olsun.  Baxmayaraq  ki,  modemin  əmrlər  toplusu  onu  istehsal  edən  firmadan  və 

istehsal olunduğu ildən asılıdır, bütün modemlər üçün eyni olan bir sıra əmrlər də 

mövcuddur. Bu əmrlərə aşağıdakılar aiddir: 

1.  telefon dəstəyini qaldırmaq; 

2.  lazımi nömrəni yığmaq; 

3.   iş rejimini əldə etmək. 

Modemi  qoşduqdan  sonra  onda  əmrlər  rejimi  işləməyə  başlayır.  Verilənlərin 

ötürülməsi  rejimi  telefon  dəstəyini  qaldırmaq  və  lazımi  nömrəni  yığmaq  əmri 

veriləndən  sonra  həyata  keçirilir.  Əks  istiqamətdə  bir  rejimdən  o  birisinə  keçmək 

üçün  isə  xüsusi  kodlar  ardıcıllığından  (escape-ardıcıllıq)  istifadə  edilir.  Bu  kod 

modem tərəfindən verilənlərin ötürülməsi rejimini həyata keçirmək əmri kimi qəbul 

edilir. 



 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin