Bu sistemlərdən bəzilərini qısaca nəzərdən keçirdək.
ALTAVİSTA (
www.altavista.com
) – ən böyük axtarış portallarından biri
olub, təqdim etdiyi servislərin sayına görə axtarış sistemləri arasında liderlik edir,
30-a qədər dildə (rus və türk dilləri də daxil olmaqla) informasiya axtarışı apara və
tapılan sənədləri lazımi dilə çevirə bilir. Bu sistem yazıldığı dildən asılı olmayaraq
bütün WEB səhifələrini indeksləyir. ALTAVİSTA-nın sorğu dili ən güclü dillərdən
biri hesab olunur. Burada sorğunun genişləndirilməsi, yəni mürəkkəb sorğu
formalaşdırmaq imkanı var. Açar sözləri «AND», «OR», «NOT» operatorları ilə
əlaqələndirmək, frazalara görə axtanş aparmaq, beşə qədər istənilən hərfı əvəz edən
«*» metasimvolundan istifadə etmək mümkündür. Bundan əlavə, məzmunlu
axtarışı reallaşdırmaq üçün terminlərin bir-birilə yanaşı yerləşməsini tələb edən
«NEAR» (yanaşı) operatoru da mövcuddur. Frazalara görə axtarış aparmaq üçün
həmin frazaları özündə cəmləyən kifayət qədər böyük lüğətə malikdir.
Bütün bunlarla yanaşı, axtarış apararkən sorğuda açar sözün sənəddə rast
gəldiyi sahənin adını - hiperistinad (link), applet (ingilis dilində app – application
sözündən, -let isə kiçiltmə sufiksindən gəlir), hostların adları, şəkillərin adları, mətn,
başlıq, URL - da vermək olar. Xəbərlər qruplarında axtarış aparmaq mümkündür.
Verilən dildə sənədlərin axtarışını aparmaq olar. Lakin bu halda digər dillərdəki
səhifələrə baxmaq mumkün olmur.
GOOGLE (
www.google.com
) – digər sistemlərdən fərqli axtarış
alqoroitmindən istifadə edir, çox sadə interfeysə və yüksək relevantlıq (relevant –
ödənişsiz onlayn lüğət) dərəcəsi ilə ölçülən yaxşı axtarış nəticələrinə malikdir.
Axtarış zamanı sorğunun axtarış surətini sənədin axtarış surətinə (indeksinə) tam
daxil olması ilə yanaşı sənədə digər serverlərdən edilən istinadların sayı da nəzərə
alınır. İstinadların sayı çox olan sənədlərə üstünlük verilir və onlar axtarış
nəticələrinin siyahısının lap əvvəlində təqdim edilir.
GOOGLE sisteminin maraqlı xüsusiyyətlərindən biri də onun interfeysində
ənənəvi axtarış mexanizmini işə salan «GOOGLE Search» düyməsi ilə yanaşı,
50
sorğuya maksimal cavab verən sayta müraciət etmək üçün «I'm Feeling Lucky»
düyməsinin də nəzərə alınmasıdır. GOOGLE-də müxtəlif dillərdə,o cümlədən, rus,
azərbaycan dillərində axtarış aparmaq imkanı var. Xəbərlər qruplarında da axtarış
aparmaq mümkündür.
Dostları ilə paylaş: |