Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə56/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   49   50   51   52   53   54   55   56   57


 

 

 

26. IP-telefoniya 

İnternet  şəbəkəsində  xüsusi  İnternet  protokolları  (İnternet  Protokol  –  İP) 

əsasında hazırlanmış  yeni texnologiyalar tətbiq edilir. İP-protokolu  təkcə İnternet 

şəbəkəsində deyil, digər şəbəkələrdə də (lokal, korporativ, regional və s.) istifadə 

olunur. Bu şəbəkələrdə informasiyalar müxtəlif şəkildə (qrafik, mətn, musiqi, rəqəm 

və  s.)  ötürülür.  Prinsip  etibarilə  diskret  paket  ötürülməsi  üsulu  ilə  səs  (danışıq) 




 

 

56 

 

məlumatlarının  ötürülməsi  də  mümkündür.  Danışığın  (səsin)  bu  üsulla  –  internet 



protokolları (paketləri) vasitəsi ilə ötürülməsi “İP-telefon” adını almışdır. 

Beləliklə: IP-telefoniya – danışıq siqnallarının ötürülməsi üçün İnternetdən istifadə 

edilən texnologiyadır. Danışıq zamanı səs siqnalları (ifadə etdiyimiz sözlər) sıxılmış 

verilənlər  paketinə  çevrilir  və  bu  verilənlər  paketi  İnternet  vasitəsilə  adresanta 

göndərilir.  Ünvanına  çatan  verilənlər  paketi  yenidən  orijinal  səs  siqnalına 

dekodlaşır. İP-telefoniya iki cür işləyir: 

1. Kompyuterdən kompyuterə. 

2. Kompyuterdən telefona. 

İnternet-telefoniyada  ötürücü  xətt  kimi  İnternet  kanallarından,  IP-Telefoniya-da 

İnternet  kanallarından  və  ya  informasiyanın  ötürülməsi  üçün  xüsusi  ayrılmış 

rəqəmsal kanallardan istifadə edilir. 

Xarici ölkələrdə isə İP telefonun digər abbreviaturalarından: VoİP-Voice over İP və 

“İnternet-telefon” terminlərindən istifadə edilir. 

Son  illər  ərzində  respublikamızın  telekommunikasiya  şəbəkəsində  də  İP  telefon 

rabitəsindən istifadə edilir. Bütün bu amillər ondan xəbər verir ki, İP texnologiyası 

olduqca perspektivli bir informasiya verilişi sahəsidir. Əgər İP telefon rabitəsinin 

tarixinə nəzər salsaq görərik ki, onu tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-

ın  Massaçusets  ştatının  Kembric  Universiteti  tərəfindən  göstərilmişdir.  Həmin 

layihədə kompyuterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan 

xüsusi avadanlıqlar daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt 

Berankand  Newman  şirkətinin  ABŞ-ın qərb və  şərq  hissələrində  yerləşən ofisləri 

arasında  İnternet  şəbəkəsindən  istifadə  etməklə  səs  siqnal  verilişinin  təşkil 

olunmasına  baxmayaraq,  rabitə  zamanı  paketlərin  itkisi  və  gecikməsi  nəticəsində 

fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır. 

Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 

1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi 

nailiyyətlərin  tətbiqi  ilə  kodek,  kompyuter  və  İP  protokolundan  istifadə  edərək 

internet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur.1995-ci ildən 




 

 

57 

 

başlayaraq  İP  telefon  üçün  səsin  sıxılması  prosesində  iki  -  GSM  və  TrueSpeech 



(DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu 

təkmilləşdirildi. 

 

 



 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin