Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə54/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   49   50   51   52   53   54   55   56   57


53 

 

NORTHERNLIGHT 

(

www.northernlight.com



sistemi 


mahiyyətcə 

ALTAVISTA sistemindən az fərqlənir. Burada da həcmi ALTAVISTA-dakından 

az  olmayan  avtomatik  indeksdən  istifadə  edilir.  Bəs  onda  niyə  müxtəlif  axtarış 

sistemləri yaradılmışdır? Bəlkə bir güclü sistem yaradılaydı və hamı ondan istifadə 

edərdi? 

Təəssüf ki, bu cür güclü və hamını qane edən edən sistem yoxdur. Mövcud 

olan hər bir axtarış sisteminin üstünlüklərin və çatışmazlıqları var. Bundan əlavə, 

heç  bir  axtarış  sistemi  INTERNET-lə  ayaqlaşmır.  INTERNET-də  yerləşdirilən 

informasiya resurslarının həcmi hər ildə azı iki dəfə artır və hətta ən güclü axtarış 

sistemlərinin indekslərindəki sənədlərin sayını INTERNET-dəki sənədlərin ümumi 

sayına nisbəti get-gedə azalır. Maraqalı cəhət ondan ibarətdir ki, ən böyük axtarış 

sistemlərinin indeksləri çox az kəsişirlər. Yəni bir axtarış sistemi vasitəsilə tapıla 

bilməyən informasiyanı digər sistemlərin köməyilə tapmaq olar. 

Axtarış sistemləri arasında NORTHERNLIGHT sisteminin də özünə məxsus 

yeri  var.  Onu  digər  sistemlərdən  fərqləndirən  faydalı  cəhətlərindən  biri  ondan 

ibarətdir  ki,  o,  sorğuya  cavab  kimi  seçilən  sənədlərin  siyahısını  verməklə  yanaşı, 

tapılan  sənədləri  sorğu  çərçivəsində  mövzulara  (qovluqlara)  ayırır  və  həmin 

mövzuların  siyahısını  ekrana  çaxarır.  Əgər  seçilən  sənədlər  istifadəçini  qane 

etmirsə, o, təqdim edilən mövzular siyahısından lazımi mövzunu seçməklə sorğunu 

dəqiqləşdirib, təkrar axtarış apara bilər. Təkrar axtarışın nəticələri də mövzulara görə 

qovluqlara  aynlır.  NORTHERNLIGHT  sisteminin  sorğu  dili  ALTAVISTA-nın 

dilinə  oxşardır.  Burada  da  sorğudakı  sözün  əvvəlində  «+»  (söz  sənəddə  mütləq 

olmalıdır), «-» (söz sənəddə mütləq olmamalıdır) və frazalarm axtarışı üçün dırnaq 

işarələrindən istifadə olunur. Sözün ilk dörd hərfindən sonra istənilən hərfləri əvəz 

edən «*» işərəsindən və yalnız bir hərfı əvəz edən «?» işərəsindən istifadə edilə bilər. 

Sorğuda AND, OR, NOT məntiqi operatorlar da istifadə edilə bilər. ALTAVISTA-

da olduğu kimi, sorğunun yazılmasında mötərizələrdən istifadə etmək olar, məsələn: 

(Pascal OR Basic) AND (Java OR C++). Axtarılan sözün sənəddə yerləşdiyi sahənin 




 

 

54 

 

adını da göstərmək olar, məsələn: url, title və s. «SORT: date» operatoru ilə tapılan 



sənədləri yaranma tarixlərinə görə nizamlamaq olar.

 

APORT  (

www.aport.ru

)  Rusiyanın  «Runet»  adlanan  3  axtarış  serverindən 

biridir. Onun indeks bazası o qədər də böyük deyil və operativliyi də yüksək deyil. 

Lakin  APORT  sistemi  bəzən  digər  sistemlər  tərəfındən  tapılmayan  sənədləri  tapa 

bilir. Bu sistemin digər üstün cəhəti ondan ibarətdir ki, o, sənədin indeksinə görə 

onun  ilkin  mətnini  bərpa  edə  bilir  (hətta  sənəd  İnternetdən  kənarlaşdırılsa  da). 

Sistem  axtarış  üçün  daxil  edilən  sözdəki  səhvləri  düzəldir  və  müxtəlif 

sözformalarına görə axtarış apara bilir. AND (&), OR ( | ), NOT məntiqi operatorları, 

mötərizəyə  alınmış  məntiqi  qrupları,  frazalara  görə  axtarışı  dəstəkləyir,  sözlər 

arasındakı məsafənin məhdudluğunu, sözlərin və frazaların sayını nəzərə ala bilir. 

URL-ə görə axtarış apara bilir və sənədin yaranma tarixinin qəbul edilən qiymətini 

nəzərə ala bilir.

 

Bütün  bunlarla  yanaşı,  APORT  həm  sorğunu,  həm  də  sorğuya  görə  alınan 



nəticələri  ingilis  dilindən  rus  dilinə  və  əksinə  çevirə  bilir.  Bu  sistemdə  də  sözün 

sənəddə yerləşdiyi sahənin adına görə axtarış aparmaq imkanı var.  



RAMBLER (

www.rambler.ru

) -çoxlu sayda axtarış servislərinə, o cümlədən: 

«Rambler  Top  100»  reytinqi,  müxtəlif  mövzulara  (məsələn,  şəbəkə  mağazaları, 

hədiyyələr,  iş,  hüquq,  kompüter  və  s.)  aid  kataloqlar,  fayllarm  axtarışı,  müxtəlif 

suallar üzrə arayış sistemi və s. malik olan çoxfunksiyalı sistemdir. RAMBLER-in 

bir çox serverləri ayrıca axtarış serverləri kimi də istifadə edilir. 

Axtarış kefiyyətinə görə RAMBLER digər tanınmış sistemlərdən geri qalmır. 

Burada da AND, OR, NOT məntiqi operatorlar, məntiqi qruplar, bir simvolu əvəz 

edən «?» və bir neçə simvolu əvəz edən «*» metasimvollar dəstəklənir. Axtarış üçün 

sorğu formasında axtarışın harada (sənəddə, sənədin əvvəlində, başlığında, adında, 

URL-də)  aparılmasını,  axtarılan  sənədin  dilini  (rus,  ingilis  və  digər),  sözlər 

arasındakı  məsafəni,  sənədlərin  yaranma  tarixlərinin  intervalını  (nə  vaxtdan  nə 

vaxtadək) göstərmək olar.  




 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin