15
Kanal səviyyəsində ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi
yoxlanılır. Bunun üçün informasiya bitləri kadrlarda (frame) qruplaşdırılır, Kanal
səviyyəsi hər bir kadrın düzgunlüyunu təyin edir.
Şəbəkə səviyyəsi (Network layer) bir neçə şəbəkəni birləşdirən vahid nəqliyyat
sisteminin yaradılmasına xidmət edir. Şəbəkə səviyyəsi xəbərlərin ötürülməsində
düzgün istiqamətin seçilməsini təmin edir. Şəbəkələr öz aralarında marşrutizator
(router) adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir. Marşrutizator şəbəkələr arası
əlaqələrin topologiyası haqqında informasiyanı yığaraq onun əsasında paketləri
təyin olunmuş şəbəkəyə göndərir. Xəbərin bir şəbəkədən (ötürücudən) digər
şəbəkəyə (qəbulediciyə) göndərilməsi üçün şəbəkələr arası müəyyən miqdar tranzit
ötürmələrdən (hop-siçrayış) istifadə edilir. Bu zaman hər dəfə müvafiq marşrut
seçilir. Beləliklə , ümumi marşrut paketlərin keçdiyi marşrutizatorların
ardıjıllığından ibarət olur. Daha optimal yolun seçilməsi marşrutlaşdırma adlanır və
onun həlli şəbəkə səviyyəsinin əsas məsələlərindən biridir. Çox zaman marşrutun
seçilmə kriteriyası kimi verilənlərin ötürmə vaxtı qəbul edilir. Bu işə kanalın
buraxma qabiliyyəti və trafikin intensivliyindən asılı olur. Şəbəkə səviyyəsi müxtəlif
texnologiyaların uyğunlaşması, böyük şəbəkələrin ünvanlarının sadələşdirilməsi
kimi məsələləri də həll edir.
Şəbəkə səviyyəsində xəbər paket adlanır. Bu zaman qəbul edənin ünvanının böyük
hissəsi – şəbəkənin nömrəsi və həmin şəbəkədəki qovşağın nömrəsindən ibarət olur.
Eyni şəbəkənin bütün qovşağlarının ünvanlarının böyük hissəsi eyni olmalıdır.
Şəbəkə səviyyəsində 2 tip protokollar təyin edilir. I. Şəbəkə protokolları paketlərin
şəbəkələrdə hərəkətin həyata keçirir., II marşrutlaşdırma protokolların köməyi ilə
marşrutizatorlar (router) şəbəkələrarası birləşmələrin topologiyası haqqında
informasiya yığırlar.
Şəbəkə səviyyəli protokollar kimi TCP/IP stekindən IP protokolunu və Novell
stekindən IPX paketlərin şəbəkələrarası mübadiləsi protokollarını misal göstərmək
olar.
|