16
Nəqliyyat səviyyəsi (Transport layer) yuxarı tətbiqi və seans səviyyələrinə
verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir. Nəqliyyat
səviyyəli protokollar kimi TCP/IP stekinin TCP protokolu, Novell stekinin SPX
protokolunu misal göstərmək olar.
Seans səviyyəsi (Session layer) –dialoqun idarə edilməsini təmin edir, cari anda
aktiv tərəfi qeyd edir, sinxronlaşdırma vasitələrini təqdim edir. Bu səviyyənin
funksiyası tətbiqi səviyyə ilə birləşmişdir. Buna görə də seans səviyyəsində yalnız
ona məxsus olan protokollar yoxdur.
Prezintasiya təqdimetmə səviyyəsi (Prezentation layer) – informasiyanın
məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin
vasitəsi ilə bir sistemin tətbiqi səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə
informasiyanın təqdim edilməsi aydın formada olur. Beləliklə təqdimetmə səviyyəsi
verilənlərin mübadiləsi üçün eyni sintaksis seçir. Serure Socker Layer (SSL)
protokolunu təqdimetmə səviyyəsinin protokolu kimi misal göstərmək olar. Bu
protokol TCP/IP tətbiqi səviyyəsinin protokolu üçün xəbərlər mübadiləsinin
məxviliyini təmin edir.
Tətbiqi səviyyə (Application Layer) – istifadəçinin fayllara, printerlərə, hipermətnli
Web səhifələrə və s.müraciəti təmin edən protokollar aiddir.
Dostları ilə paylaş: |