Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


    istifadəçiyə verilən informasiyanın təsvirindən ibarətdir. Belə sxemin müsbət cəhəti



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə20/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   16   17   18   19   20   21   22   23   ...   57


17 

 

istifadəçiyə verilən informasiyanın təsvirindən ibarətdir. Belə sxemin müsbət cəhəti 

inzibati rəhbərliyin asan olması, proqram təminatının təkmilləşdirilməsinin mümkün 

olması və informasiyanın mühafizə olunmasıdır. Mənfi cəhəti isə aşağı etibarlılığa 

malik olmasıdır (komputerin sıradan çıxması bütün hesablama prosesinin dağılması 

deməkdir). 

Aparat və proqram təminatının artırılması çətin başa gəlir və bir qayda olaraq şəbəkə 

istifadəçilərinin  sayı  artdıqda  operativliyi  aşağı  düşür.  Klient  –  server 

arxitekturasında terminalı müştəriyə məxsus olan fərdi komputer, böyük komputeri 

(mainframe)  isə  informasiya  emalının  ümumi  məsələlərini  həll  etmək  məqsədilə 

ayrılan bir və ya bir neçə güclü komputer (komputer-server) əvəz edir. Belə modelin 



müsbət  cəhəti  onun  daha  canlı  olması  və  hesablama  sisteminin  etibarlılığı, 

istifadəçinin  bir  neçə  tətbiqi  proqramı  eyni  zamanda  işləyə  bilməsi,  informasiya 

emalının  yüksək  operativliyi,  istifadəçinin  yüksək  keyfiyyətli  interfeysi  ilə  təmin 

edilməsidir. Şəbəkədə istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı iki tərəf iştirak 

edir:  müəyyən  resurs  (servis,  xidmət)  imkanlarını  ayıran  tərəf və  bu  resurslardan 

istifadə edən tərəf. 

Resurslardan istifadə edən klient (müştəri), resursları təmin edən tərəf isə server 

adlanır. Resurs kimi aparat komponenti (məsələn: disk, printer, modem, skaner və 

s.), proqram, fayl, verilənlər bazası, hətta komputer də ola bilər. Buradan da bir sıra 

terminlər meydana gəlmişdir. Məsələn: fayl-server və ya disk-server, printer-server 

və  ya  çap  serveri,  verilənlər  bazası  serveri,  SQL  –  server  (SQL  dilində  verilənlər 

bazasında sorğuların emal proqramları), komputer-server və s.  Bütün bu serverlərin 

öz klientləri (müştəriləri) vardır.  

Proqram 


təminatı 

baxımından  klient-server  texnologiyası  klientlərin 

(müştərilərin)  və  serverlərin  ayrı-ayrılıqda  öz  proqramlarının  olmasıdır.  Klient 

proqramlarında mətn və cədvəl prosessorları kimi proqramlardan, server proqramı 

kimi isə verilənlər bazasının idarəetmə proqramlarından istifadə edilə bilər. Klient – 

server proqram cütlüyü kimi verilənlər bazasından götürülmüş informasiyalı cədvələ 

malik  sənədi  emal  edən  mətn  prosessorunun  proqramını  misal  göstərmək  olar. 



 

 

18 

 

Şəbəkədə  yerinə  yetirilən  hər  hansı  bir  proqram  bir  halda  klient,  digər  halda  isə 



server rolunda çıxış edə bilər. Müəyyən zaman intervalında bir proqramda klient və 

server  rolları  dəyişə  bilər.  Daha  mürrəkkəb  klient-server  modeli  kimi  server 

əlavəsinin üçbəndli modelindən – AS modeli (application server) istifadə edilir. Bu 

model  verilənlər  bazasından  istifadə  edən  şəbəkələrin  iş  prosesini  təsvir  edir.  AS 

modelinə  əsasən  verilənlərin  idarə  olunması,  emalı  və  son  istifadəçiyə 

informasiyanın  çatdırılması  kimi  üç  funksiyadan  hər  biri  ayrı-ayrı  komputerlər 

tərəfindən yerinə yetirilə bilər.  

 

 



 

 

 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin