Magistrant
MİLLİ MƏDƏNİ-MƏNƏVİ İRSİN QORUNMASINDA
KİTABXANALARIN VƏZİFƏLƏRİ
Bəşəriyyətin qiymətli məlumat daşıyıcısı olan kitab zəmanəmizdə nə-
inki bilik, informasiya daşıyıcısı olaraq rol oynayır, həmçinin yeni modern cə-
miyyət quruculuğunun ən mühüm vasitələrindən birinə çevrilmişdir. İndi insan
həyatını informasiya təminatı olmadan təsəvvür etmək qeyri-mümkündür.
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor A.Xələfov “Kitab-
xanaşünaslığa giriş” kitabında yazır: “Kitabxananın mahiyyətini dərk etmək,
onun hazırda necə olduğunu və gələcəkdə necə olacağını müəyyənləşdirmək
üçün onu yaratmış cəmiyyətin və onun xidmət edəcəyi cəmiyyətin təbiətini
göstərən mədəni proseslərin mühiti ilə əlaqədar olaraq tədqiq etmək, öyrənmək
zəruridir. Göründüyü kimi cəmiyyət özü də kitabxanalara möhtacdır. İnsan
biliyini qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq üçün kitabxanalar
ən münasib müəssisələrdir və uzun əsrlər boyu həm ibtidai, həm də mürəkkəb
cəmiyyətlərdə müvəffəqiyyətlə fəaliyyət göstərmiş, cəmiyyətin tərəqqisinə
xidmət etmişdir” (1, 129).
Buradan belə bir qənaətə gəlmək olar ki, kitab ən etibarlı informasiya
daşıyıcısıdırsa, kitabxana isə ən böyük informasiya bazası xəzinədir. Bu
xəzinəni dərk etmək üçün 5 elementi qeyd etmək olar:
1)
Fikir – ideya – informasiya.
2)
Onu qoruyub saxlayan maddi daşıyıcı – kitab.
3)
Kitabı saxlayan baza – kitabxana.
4)
İnformasiya tələbatçısı – oxucu - insan və onun böyük modeli –
cəmiyyət.
5)
Bu prosesləri icra edən subyekt - kitabxanaçı.
Prof. A.Xələfov isə kitabxana barəsində bir mütəxəssis kimi belə bir fikri
qeyd edir: “Dünya kitabxanaşunaslığı “genetik təhlil” metoduna əsaslanaraq
belə bir nəticəyə gəlmişdir ki, kitabxana quruluşca dörd elementdən ibarətdir.
Bu elementlərsiz heç bir kitabxananın mövcudluğu və fəaliyyəti mümkün
deyildir. Bu elementlər aşağıdakıladır:
1) Sənəd;
2) Oxucu;
3) Kitabxanaçı;
4) Maddi-texniki baza (1, 267).
Həqiqətən təbiət və cəmiyyətdə bir çox elementlərin dialektik vəhdətdə
bir tam kimi inkişafını sadəcə onları müşahidə etdikdə görmək olar. Diqqət
129
etmək lazımdır ki, dialektik oxşarlıq hər bir xırda elementdə özünü büruzə
verir. Bu zaman biz kitabxana və cəmiyyətin ayrılmaz, daim bir-birilə informa-
siya mübadiləsi yönümündə stimul alaraq qarşılıqlı inkişaf etdiyini görəcəyik.
Amma bunun üçün bu gün kitabxananın cəmiyyətə hansı incə bir məqamla
bağlı olduğunu dərk etmək lazımdır.
Görkəmli Amerika kitabxanaşünas alimi C.X.Şira 1970-ci ildə nəşr etdir-
diyi “Kitabxana işinin sosioloji əsasları” adlı kitabında bu problemə geniş yer
ayırmışdır. O, kitabxananın struktur quruluşuna görə 3 elementdən ibarət olma-
sı ideyasını irəli sürmüş və kitabxananın modelini üçbucaq şəklində göstərmiş-
dir. C.X.Şira yazır: “Əgər biz kitabxanaçının vəzifəsini üçbucaq formasında
təsəvvür etsək, üçbucağın bir tərəfi kitabxana, başqa tərəfi insan, oturacağı isə
kitab və insan olacaq” (1, 268).
Prof. A.Xələfovun verdiyi təhlil göstərir ki, kitabxana və cəmiyyət ayrıl-
maz, daim vəhdətdə, bir istiqamətdə mütləq, vahid bir qüvvə kimi hərəkət edə-
cək elementlərdir. Qətiyyən unutmaq olmaz ki, kitabxanaçının özü də cəmiy-
yətin bir üzvü olan fərd, insandır. Desək ki, kitabxana istənilən bir cəmiyyətin,
dövlətin, millətin şüur səviyyəsini özündə əks etdirə biləcək bir güzgüdür,
yanılmarıq. A.Xələfovun qeyd etdiyi kimi, oxucu da cəmiyyət adlandırdığımız
toplumun üzvü, fərd və insandır. Kitabxana və cəmiyyət üzvləri oxucu, kitab-
xanaçı dövri olaraq bir-birinə təsir edəcək ayrılmaz elmentlərdir.
“Kitabxana”, “Cəmiyyət”, “Oxucu” terminlərini təhlil etdikcə burda müa-
sir kitabxana və cəmiyyətimizdə ən ümdə problem olan mütaliə problemi orta-
ya çıxır. Artıq insanlar yazmağı, oxumağı öyrəndikcə mütaliə etməyin sirlərini
öyrənmişlər. Mütaliə insanın cəmiyyətdə formalaşması üçün elə bir vasitə,
üsuldur ki, bununla insan cinsindən, irqindən asılı olmayaraq əsrlər boyu müd-
riklərin təcrübəsindən süzülüb gələn irsi araşdıra, öyrənə bilir və eyni zamanda
həyatına tətbiq edərək bəhrələnir. Qeyd edək ki, kitabxana cəmiyyətin, gənc
nəslin tərbiyəsində əvəzedilməz bir rola malikdir. Cəmiyyətin bütün inkişaf
mərhələlərində - gənc nəslin mənəvi-estetik tərbiyəsində, bədii təfəkkürün for-
malaşması, estetik dünyagörüşünün yaranmasında kitabxana və kitab vasitəsilə
mütaliə çox böyük həlledici təsirə malikdir.
Bu barədə pedaqoji elmlər namizədi, dosent Knyaz Aslan belə qeyd edir:
“Azərbaycanın müstəqillik yolu ilə inamla irəliləməsi, milli dövlətçiliyimizin
dirçəlib çiçəklənməsi, mənəvi-estetik dəyərlərin yeni məna və məzmun daşı-
ması mütaliə probleminin aktuallığını bir daha təsdiqləyir. Çünki uşaq və gənc-
lərin yetkin mənəvi simasını formalaşdırmadan, onları fəal həyat mövqeyinə
çıxarmadan, cəmiyyətin ləyaqətli qurucusu kimi yetişdirmədən, kamil şəxsiy-
yətlərə çevirmədən suveren dövlətin inkişafına və beynəlxalq aləmdə nüfuz
qazanmasına nail olmaq mümkün deyil. Bununla yanaşı, düzgün həyat yolu
seçmək, qüvvə və bacarığını, istedad və qabiliyyətini ən nəcib əməllər uğrunda
mübarizəyə həsr edə bilmək xeyli dərəcədə insanın əxlaqi borcunu necə başa
130
düşməsindən, mənəvi-estetik tərbiyəsinin səviyyəsindən asılıdır. Bu borcu başa
düşməkdə isə kitabxanaçılarımıza bədii və incəsənət ədəbiyyatının təbliği
sahəsində gördüyü işlər, gəncləri təsirli sənət əsərləri vasitəsilə tərbiyələn-
dirmək üçün keçirdiyi tədbirlər kömək edə bilər” (3, 98-99).
“Kitabxana və cəmiyyət” mövzusunun dərinliyinə bir az nüfuz etsək
burada oxucuları lazımi informasiya ilə təmin edən kitab, kitabxana, oxucu ele-
mentləri və bunların vəhdətindən yaranan mütaliə problemi ortaya çıxır.
Mütaliə probleminin incəliklərini təhlil etdikcə isə kitabxana və cəmiyyət
anlayışının böyük bir dialektik model olmasını görürük. Onun kiçik modeli isə
kitab və insan-oxucu anlayışlarıdır, desək, yanılmarıq. Bu iki elementin daim
bir-birilə təması isə sanki böyük model - “kitabxana və cəmiyyət”in bazis,
fundamentini törədir. Kitablar – kitabxana, insan-oxucular isə cəmiyyəti üçün
bazis, fundament yaradır. Böyük mütəfəkkir alim Eynşteynin dediyi kimi, hər
şey sadədən mürəkkəbə doğru inkişaf edir. Təbii ki, bu elementlərdə də
həmçinin inkişaf sadədən mürəkkəbə doğru gedir.
Eyni zamanda yaddan çıxartmaq olmaz ki, mütaliənin milli irs prob-
lemində yerinə yetirdiyi işlər heç də az əhəmiyyət kəsb etmir. Belə ki, zaman
və mühit daim inkişaf edir, nəsillər dəyişir. Bütün bunlar isə sanki bir zəncirli
sistem olaraq daim dövriyyədədir. Bu böyük fonda hər yaranan yeni nəsil
köhnə nəslin topladığı təcrübələri informasiya daşıyıcılarından mənimsəyir,
öyrəndiklərinin daha təkmilləşmiş bir təfəkkürdə yeni formatını yaradır. Bu
mənada cəmiyyətin informasiya axını ilə tənzim olunması, lazımlı və zərərli və
yaxud lazımsız informasiya cəmiyyətin hər bir üzvünə - oxucusuna doğru isti-
qamətlənib hansı yeni şüur tərzini yaradacaq, bax bu müasir kitabxanaşünaslıq
elminin ən ümdə məsələlərindən biri kimi hesab edilə bilər.
Kitabla insanın təması zamanı bir çox məsələlər üzə çıxır. İnsan uşaqlıq-
dan qocalana qədər ətraf aləmlə ünsiyyətdə olur. Ünsiyyət zamanı isə ətrafı
duyğusu, hissləri, ağlı, dərrakəsi vasitəsilə qavramağa başlayır. Psixoloqların
dediyi kimi hər bir insan ətrafdakı siqnallara reaksiya verən subyektdir və bu
siqnallar vasitəsilə o, obyekti qavramağa başlayır. Bu siqnallarda isə müasir
cəmiyyətdə “informasiya” anlayışının əks olunması özünü qabarıq göstərir.
Texniki vasitələrin inkişafı və internetin yaratdığı qlobal informasiya məkanı
daha da təkmiləşməkdədir. Bu məsələlərin təhlili istiqamətində kitabxanaların
ən böyük missiyası isə cəmiyyətin milli irsinin – genetik fondunun təkmilləşə-
rək sivil bir səviyyəyə yüksəlməsini təşkil etməkdir.
Prof. A.Xələfov “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” kitabın-
da kitabxana işinə belə bir tərif vermişdir: “Kitabxana işi - elm, informasiya,
mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi Kitabxana sisteminin təşkili
və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxs-
lərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-
131
biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik
təminatını əhatə edən faəliyyət sahəsidir” (2, 245).
Beləliklə, milli irsimizin - genetik kodlarımızın qorunub saxlanmasında
kitabxanaların üzərinə düşən rol çox böyükdür. Burada sosioloji, psixoloji, eyni
zamanda fəlsəfi tərəfləri tam nəzərə almadan kitabxananın milli irsin qorunub
saxlanmasında hansı çəkiyə, qüdrətə malik olduğunu aydınlığı ilə tam dərk
etmək çox çətin olacaq. Bu mənada verilən məsələni aydınlığı ilə dərk etmək
üçün bu məqalədə məsələyə yanaşma yollarını qeyd etmək zərurəti meydana
çıxmışdır. Unutmaq olmaz ki, həmin yanaşmaları xırdalığı ilə cilalasaq, vaxt və
məqalə çərçivəsindən qırağa çıxmış olarıq. Ona görə də yekun olaraq qeyd
etmək mütləqdir ki, kitabxana və onun millətin mənlik şüuru ilə əlaqəli inkişafı
sivil bir cəmiyyətin yaranması üçün çox zəruri bir məsələdir.
Dostları ilə paylaş: |