Няшриййатын директору: Ислам ширинов



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə44/66
tarix25.12.2016
ölçüsü2,07 Mb.
#2902
1   ...   40   41   42   43   44   45   46   47   ...   66
Xəyalə ZÜLFİYEVA  
Magistran
 
 
RESPUBLİKA ELMİ-PEDAQOJİ KİTABXANASININ   
ELMİ-METODİK FƏALİYYƏTİ (2002-2009-cu illər) 
 
 
 Müasir dövrdə cəmiyyətdə kitabxana-informasiya proseslərinin son də-
rəcə mürəkkəbləşdiyi, yeni texnologiya ilə zənginləşdiyi, kitabxanaların dünya 
informasiya məkanına fəal surətdə müdaxilə etdiyi bir şəraitdə onların idarə 
edilməsi prosesində metodik təminatın rolu və əhəmiyyəti getdikcə güclənir. 
Müasir dövrdə kitabxana işinin idarə olunması prosesinin metodik təmi-
natı dedikdə, metodik mərkəzlər tərəfindən kitabxanaların fəaliyyətinin dina-
mik inkişafına yönəlmiş, nəzəri  əsaslara və mütərəqqi təcrübəyə söykənən, 
özündə rəngarəng forma və üsulları birləşdirən təşkilati-metodik əməliyyatların 
hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur. Belə  əməliyyatlara  əhalinin ki-
tabxana xidmətinin optimallaşdırılması ilə əlaqədar meydana çıxan problemlə-
rin həlli, idarəetmə orqanlarının qərar və sərəncamlarının icrası, kitabxana işçi-
lərinin peşə  səviyyəsinin artırılması, normativ sənədlərin yerinə yetirilməsi, 
əmək məhsuldarlığının artırılması, bir sözlə, kitabxanaların öz sosial funksiya-
larının həyata keçirilməsinə yönəlmiş təşkilati-metodik tədbirlər daxildir. Bun-
lara yazılı metodik vəsaitlərin (tövsiyələrin, göstərişlərin,  əsasnamələrin, təli-
matların və s.) tərtib edilməsi, kitabxana işçilərinin yerlərdə təlimatlandırılma-
sı, kitabxana işinə dair müşavirə, seminar, konfrans, praktikum, treninqlərin 
təşkili, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, kitabxana işinə dair məqsəd-
li proqramların, strateji planların hazırlanması  və  həyata keçirilməsi  və s. iş 
üsullarını misal göstərmək olar (4, s. 99-100). 
Ölkəmizin çoxsaylı kitabxanaları içərisində Respublika Elmi Pedaqoji 
Kitabxanasının xüsusi yeri və rolu vardır. Bu respublika əhəmiyyətli kitabxana 
ölkəmizdə  təhsilə dair ədəbiyyatı toplayıb saxlayır, təhsil işçilərinə, təhsil 
sistemində  fəaliyyət göstərən müəssisələrə, nazirliyin kitabxana şəbəkəsinə 
məlumat-biblioqrafiya xidmətini həyata keçirir, ümumtəhsil peşə  məktəbləri, 
orta ixtisas təhsil müəssisələri kitabxanaları üçün elmi-metodik mərkəz 
funksiyasını yerinə yetirir. 
Təhsil Nazirliyinin “Respublika Elmi-Pedaqoji Kitabxanasının təkmil-
ləşdirilməsi haqqında” 2002-ci il 3 may tarixli əmrinə  əsasən kitabxanada 
struktur dəyişikliyi aparılmış, yeni nizamnamə hazırlanmışdır. Nizamnamədə 
deyilir: “Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) Azərbaycan Respubli-
kası  Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən təhsil və pedaqoji sahələrdə 
milli və xarici ədəbiyyat fondlarına malik olan elmi-sahəvi kitabxanadır” (5). 
 
125


REPK təhsilin, təlim-tərbiyə  işinin inkişafına yaxından köməklik etmək 
üçün ümumtəhsil, peşə məktəbləri və orta ixtisas müəssisələri kitabxanalarının 
fəaliyyəti haqqında 2002-ci ildən Məlumat (Verilənlər) Bazası yaradılmasına 
başlamış və bu bazanı müntəzəm olaraq təkmilləşdirmişdir. Kitabxana yaradıl-
mış  məlumat bazası  əsasında 2003-cü ildə “Təhsil Nazirliyi sistemindəki 
ümumtəhsil məktəb kitabxanalarının fəaliyyəti” adlı 10 cilddən ibarət məlumat 
kitabı hazırlamışdır. Burada respublikamızın 10 zonası, bu zonaların hətta  ən 
ucqar ərazidə yerləşən hər bir məktəb kitabxanası haqqında informasiya almaq 
olar. 
Qeyd etdiyimiz kimi, kitabxananın fəaliyyətində məktəb kitabxanalarının 
metodik təminatı mühüm yer tutur. Öz statusuna görə respublika məktəb kitab-
xanalarının metodik mərkəzi hesab edilən REPK böyük elmi-metodik şöbə ya-
ratmışdır ki, bu şöbədə bilavasitə məktəb kitabxanalarının metodik təminat sis-
temini təşkil edən metodistlər fəaliyyət göstərirlər. Onlar ümumtəhsil, peşə və 
orta ixtisas təhsili müəssisələrinin kitabxanaları üçün metodik vəsaitlər, təlima-
ti metodik məktubların hazırlanmasında, yazılı və şifahi məsləhətlərin verilmə-
sində, həmçinin bu məktəb kitabxanalarının fəaliyyətinə dair statistik məlumat-
ların alınması, təhlil edilməsi və elektron baza yaddaşına köçürülməsi işində 
məktəb kitabxanalarının işinə kömək məqsədilə ezamiyyələrdə, müşavirə  və 
konfranslarda iştirak edirlər.  
Şöbə metodik işi planlaşdırır və onların icrasını  təşkil edir. Həmçinin 
respublikada kitabxana işi üzrə aparılan elmi-tədqiqat işlərində  iştirak edir, 
yeni informasiya texnologiyalarının tətbiqində  məktəb kitabxanaçıları üçün 
REPK-da kurslar təşkil edir, Təhsil Nazirliyi sistemində  fəaliyyət göstərən 
ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrinin kitabxanaları arasında 
yeni informasiya texnologiyaları əsasında pedaqogikanın, məktəbşünaslığın və 
kitabxana işinin maraq doğuran sahələrinə dair məlumat mübadiləsi təşkil edir, 
onların fəaliyyətini öyrənir, təklif və tövsiyələrini verir, müəyyənləşdirilmiş 
qaydada onların illik statistik hesabatlarını alır və onları elektron məlumat 
bazasında yerləşdirir.  
2007-ci ildə REPK Azərbaycan Respublikası Prezidentinin “Azərbay-
canda kitabxanaların fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 20 aprel 
2007-ci il tarixli Sərəncamının III bəndinin icrasını  təmin etmək məqsədilə 
Bakı şəhərində, Qazax, Şəmkir, Gəncə, Şəki, Yevlax, Kəlbəcər, Qəbələ rayon-
larında məktəb kitabxanaçılarının seminar tədbirlərini təşkil edib keçirmiş  və 
alınmış  təkliflər ümumiləşdirilərək bu sərəncamın tələbinə uyğun tədbirlər 
planının hazırlanması işində nəzərə alınaraq istifadə edilmişdir (6). 
Kitabxananın Elmi-metodik və  təhlil  şöbəsi “Məktəb kitabxanası  işinin 
planlaşdırılması”, “Kiçik yaşlı məktəblilərdə mütaliə mədəniyyətinin formalaş-
dırılması  işinin  məzmunu və prinsipləri”, “Kitabxana işinə dair normativ 
aktlar” (2002), “Məktəb kitabxanalarının manifesti” (2003), “I-IV siniflər üçün 
 
126


kitabxana-biblioqrafiya bilikləri proqramı” (2003), “İkirəqəmli cədvəl” (2006), 
“Kitabxana işçilərinin ideya-siyasi səviyyəsinin yüksəldilməsi və ixtisasının 
artırılması”, “Məktəblərdə kitabxanaların texniki təşkilinə aid normativlər” 
(2007), “Məktəblilərə kitabxana xidməti və  ədəbiyyatın təbliği”, “Valideyn-
lərlə iş”, “Kitabxana şurası”, “Siyasi aktuallığını itirmiş, məzmunca köhnəlmiş 
nəşr materialların kitabxana və məlumat-informasiya fondlarından çıxarılması 
haqqında”, “Heydər  Əliyev irsinin öyrənilməsi və  təbliği sahəsində  məktəb 
kitabxanalarının vəzifələri” (2008), “Universal Onluq Təsnifat Cədvəli”(2008) 
və s. metodik vəsaitlər tərtib edib bölgələrə göndərmişdir. 
Kitabxana işinin müxtəlif sahələrinə  həsr edilmiş belə metodik vəsaitlər 
və tövsiyələr kitabxanaçıların təcrübi işinə, peşə səviyyəsinin yüksəldilməsinə 
kömək edir. 
Respublikamızda gedən geniş  təhsil islahatlarında yaxından iştirak edən 
kitabxana məktəb kitabxanalarının işinin təhsil islahatları ilə  əlaqələndirilmə-
sinə, islahatların qarşıda qoyduğu vəzifələrlə əlaqədar məktəb kitabxanalarının 
işinin məzmununda baş verən yeni keyfiyyət dəyişikliklərinin ümumiləşdiril-
məsinə və yayılmasına böyük metodik köməklik göstərmişdir (3, s.123). 
Etiraf etməliyik ki, bu uğurlarla yanaşı, çatışmayan cəhətlər də az deyil. 
Ümumiyyətlə, ölkəmizdə kitabxana işinin metodik təminatının vəziyyəti qəna-
ətbəxş deyil. Maliyyə çatışmazlığı və müvafiq cavabdeh şəxslərin bu işə laqeyd 
yanaşması metodik mərkəz funksiyasını daşıyan kitabxanaların o cümlədən 
REPK-nın fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşa bilməsinin 
qarşısını almışdır. Bu işin gələcəkdə yaxşılaşdırılması üçün REPK dünya 
kitabxana-informasiya proseslərinin inkişaf qanunauyğunluqlarını  nəzərə al-
maqla respublika kitabxanalarının dünya informasiya məkanına daxil olma-
sının təşkilati-metodik mexanizmini hazırlamalıdır. Bunun üçün ölkə, regional, 
şəbəkə,  şəbəkələrarası, MKS və eləcə  də ayrı-ayrı kitabxanalar səviyyəsində 
kitabxana-informasiya xidmətinin optimallaşdırılmasına yönəlmiş kompleks və 
lokal xarakterli strateji və taktiki proqramlar hazırlanmalıdır. 
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-infor-
masiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın təs-
diq edilməsi barədə verdiyi Sərəncamı ölkəmizdə kitabxanaların inkişafında 
yeni yol açmaqla Azərbaycan dövlətinin davamlı inkişafının mühüm strateji 
istiqamətini müəyyən edəcəkdir (1). 
Ümid edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 
2008-ci il tarixli 450 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Məktəb kitabxana-
larının maddi-texniki bazasının möhkəmləndirilməsinə  və müasir informasiya 
texnologiyaları ilə təchizatına dair Tədbirlər Planı”nın icrası üzrə Təhsil Nazir-
liyinin fəaliyyət planının uğurla yerinə yetirilməsi bu problemləri həll 
edəcəkdir (2). 

Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin