Няшриййатын директору: Ислам ширинов



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə38/66
tarix25.12.2016
ölçüsü2,07 Mb.
#2902
1   ...   34   35   36   37   38   39   40   41   ...   66
 
Z.RZAYEVA 
 
INFORMATION FORMING OF THE SYSTEMS OF SEARCH   
IN THE SCIENTIFIC LIBRARY OF CENTRE  
OF THE NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN 
 
SUMMARY 
 
This article information have been devoted to forming of the systems of 
search in the scientific library of centre of the National Academy of Sciences of 
Azerbaijan. 
Situation and development in 1970-1980 of the information systems of 
search have been analysed in this article in the Scientific Library of Centre of 
the National Academy of Sciences of Azerbaijan. 
 
108


Mitra DADAŞİ NASRİN 
  Aspirant 
 
TƏBRİZ UNİVERSİTETİ KİTABXANASININ  
İNFORMASİYA AXTARIŞ SİSTEMİ 
     
İnsanlar kitabları  və digər informasiya daşıyıcılarını qoruyaraq gələcək 
nəsillərə çardırmaq məqsədilə qədim dövrlərdən kitabxanalar yaratmağa başla-
mışlar. Kitabxanalar elmi-texniki tərəqqiyə kömək göstərməklə yanaşı, elm və 
texnikanın nailiyyətlərini, mütərəqqi istehsal təcrübəsini yaymaq sahəsində də 
mühüm işlər aparırlar. Məlum olduğu kimi, kitabxanalar ictimai-iqtisadi forma-
siyaları  dəyişdirməsə  də, cəmiyyətin hərtərəfli inkişafına təsir göstərir, milli, 
elmi, mədəni və digər ictimai-iqtisadi amillərin təkamülünə xidmət edir. İran 
İslam Respublikasında  kitabxana izləri tarixin çox qədim dövrlərinə gedib çı-
xır. Tarixi mənbələrdən məlum olduğu kimi, ilk kitabxana Əhəmənilər dövrün-
də (b.e.ə.VI əsrin sonu-V əsrin əvvəli) təşəkkül tapmışdır. Bu kitabxana “İstəxr 
kitabxanası” adlanmışdır. Makedoniyalı İsgəndər İranı məğlub etdikdən  sonra 
bu kitabxananın bütün kitablarını yandırtdı. XIV əsrdə  Təbrizdə  və digər 
şəhərlərdə  məscid kitabxanaları, mədrəsə kitabxanaları  və  zəngin  şəxsi kitab-
xanalar da mövcud idi. (1, 2, 3, 6, 7).  
Tehran Universitetidən sonra İranın ikinci universiteti 1946-cı ildə "Azər-
baycan universitet" adı altında təsis olmuşdur. Bu universitet müəyyən səbəb-
lərə görə bağlandı və yenidən 1948-ci ildə  “Təbriz universiteti” adı altında işə 
başladı. Hazırda bu universitetdə 13183 nəfər tələbə təhsil alır.  Universitetdə 
600 nəfər müəllim çalışır, onların da 50 nəfəri professordır (12,14). 
 Təbriz Universitetində 12 fakültə, 7 ixtisasda 3 ikiillik kurs kolleci, 1 ali 
təhsil kompleksi var. Həmçinin bu universitetdə bakalavr pilləsində 81 ixtisas, 
magistraturada 99 ixtisaslaşma və doktoranturada 76 ixtisas üzrə kadr hazırlıqı 
həyata keçirilir (12,13,14). 
 Təbriz Universitetinin mərkəzi kitabxanasının yeni binası 2008-ci ildə 
dövlət həftəsində  işə başladı. Bu kitabxananın 14000 kv.metr ərazisi var və 
oxucu zalında 900 nəfər yerləşə bilir. Bu kitabxananın oxucuları  Təbriz Uni-
versitetinin tələbə, müəllim və köməkçi işçi heyətidir (11,20). 
1968-ci ildə  Təbriz universitetində “Manqala” adlı hind professorunun 
köməkliyilə kitabxanaçılıq və informasiya ixtisası üzrə bakalavr və bir ildən 
sonra magistratura pilləsində kadr hazırlığına başlandı. Hazırda bu universitet-
də təkcə bakalavr pilləsi üzrə kadr hazırlığı həyata keçirilir (21). 
Məlumdur ki, kitabxanalar daima əsaslı  dəyişikliklərə  məruz qalırlar. 
Təkcə bir əsrin dörddə biri müddətində kitabxanalar mövcud kitab kataloqu 
təqdim etmək üçün istifadə etdiyi ənənəvi kartoçka-kataloq sisteminə, çap 
əməliyyatından isə CD-ROM üsuluna və CD-ROM üsulundan informasiyanı 
 
109


axtarma  əməliyyatına qadir olan veb axtarış sisteminə  qədər dəyişikliyə 
uğramışdır (10). 
Bu gün kitabxana yalnız kitab və kartoçka ilə  işləmir, eyni zamanda ən 
müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə 
ənənəvi fəaliyyətin keyfiyyətini yüksəldir, internet informasiya resursları, elek-
tron kataloq, elektron məlumat bazaları yaradır, onlayn rejimində oxucularla 
əlaqə qurur. Müasir dövrdə kitabxana işi cəmiyyətin informasiyalaşdırılmasının 
mühüm atributlaından biri kimi getdikcə mürəkkəbləşən, müasir texnologiya-
lara əsaslanmaqla yeniləşən fəaliyyət sahəsi kimi formalaşmaqdadır (3, 8). 
Hər bir şəxsin, qrupun, kollektivin inkişafı mövcud informasiyaları ax-
tarmaq və istifadə etmək bacarığdan asılıdır. Bu, şagirddən tutmuş alimə qədər 
bütün insanlara həm gündəlik, həm də  gələcək fəaliyyətinin daha səmərəli 
qurmaq üçün lazımdır (9).  
 Kitabxana proqram təminatı texnologıyasının geniş formada inkişaf etdi-
rilməsi əsasında kitabxanalar bu imkandan faydalanıb və çox keçmir ki, bir çox 
kitabxanaçılıq işlərinin həyata keçirilməsi üçün kompüterdən istifadə etməyə 
başlayıb və bu da kitabxana proqram təminatının qaydaya salınmasına səbəb 
olur. Kitabxana proqram təminatı  sənədləri saxlamaq, axtarmaq və kitabxana 
işlərinin (o cümlədən informasiyanın axtarışı, sənədlərin evdə oxumaq üçün 
oxuculara verməsi, kitabxana sənədlərin kataloqlaşdırılması  işlərinin) yerinə 
yetirilməsi üçün yaradılmışdır.  Şübhəsiz ki, qeyd olunan işləri proqram 
təminatı ilə qaydaya salmaqla əvvəlcə informasiyanı az müddət  ərzində 
rahatlıqla  əldə etmək imkanı qazanmış oluruq. İkincisi kitabxana işlərini 
diqqətli və effektiv, az kadr və az pul xərcləməyi həyata keçirilir. Xüsusi olaraq 
yaradılan informasiya-axtarış sistemləri (İAS) informasiya axtarışının məqsə-
dinə xidmət edir. Belə sistemlər böyük həcmli informasiyaların saxlanılması; 
tələb olunan informasiyanın tez bir zamanda axtarışı; saxlanılan informasiyanın 
artırılması, redaktəsi və xaric edilməsi; informasiyanın istifadəçi üçün münasib 
olan şəkildə çıxarılması və s. funksiyaları yerinə yetirirlər. Həmin səbəbdən də 
Təbriz Universitetinin Mərkəzi kitabxanası 2001-ci ildə «Pars Azərəxş» 
şirkətinin kitabxana proqram təminatı  əsasında kitabxana işlərinin kompüter-
ləşdirilməsini həyata keçirmişdir (8, 21). 
 «Pars Azərəxş» şirkəti 1988-ci ildə ölkənin kitabxana və sənəd mərkəz-
lərinə kitab və qeyri-kitab materiallarını hazırlamaq hədəfi ilə işə başladı. Bu 
şirkət 1981-ci ildən İranda şəxsi kompüterlərin əksəriyyəti dövlət idarələrində, 
o cümlədən kitabxana-informasiya mərkəzlərində informasiyanı toplamaq və 
saxlamaq və axtarış üçün istifadə olunurdu. Kitabxana proqram təminatının 
dizaynına başladı. 1989-cu ildə “Mükəmməl kitabxana proqram təminatı” adı 
altında bu şirkətin proqram təminatı mütəxəssisləri və bir qrup kitabxanaçı 
vasitəsilə ilkin tədqiqat və layihə quruculuğu proyekti həyata keçirməyə 
başladı. 1990-cı ilin əvvəllərindən bu proqram təminatın layihələşdirilməsi 
 
110


ciddi şəkildə başlandı və sonrakı ilin sentyabrında bu layihənin ilkin versiyası 
DOS əməliyyat sistemi adı altında və bir istifadəçi formasında təqdim olundu. 
Bu sistemin öhdəsindən gəldiyi işlər və ondan istifadə etməyin asan üsulu 
kitabxanaçıların və kitabxana məsulların diqqətini cəlb etdi və  qısa müddət 
ərzində istifadəçilər arasında çoxlu tərəfdarı oldu. Beləliklə  də, kitabxana və 
informasiya işi ilə  məşğul olan qrupunun bu gözlənilməyən qarşılaşması  və 
onların qiymətli məsləhətlərinin köməyilə bu proqram təminatının ikinci 
versiyası daha geniş imkanlar ilə «Novell» lokal şəbəkəyə əlaqələndirmək  və 
neçə istifadəçi qabiliyyəti ilə 1992-ci ildə meydana çıxdı. 
Son illərdə daha qüvvətli kompüterlərin WINDOWS əməliyyat sistemi 
ilə bazara daxil olması bu şirkətin DOS əməliyyat sistemi olan təcrübələrindən 
istifadə etməklə yeni kitabxana proqram təminatı WINDOWS əməliyyat sistem 
əsasında layihələşdirməsinə  səbəb oldu. Beləliklə, 2000-ci ildə WINDOWS-
NT  şəbəkə mühitinə  əlaqələndirmək qabiliyyəti  əsasında  ərsəyə  gətirdi. 
WINDOWS  əməliyyat sistemi mühitində artıq asanlıqla mətn yazmağa, hər 
hansı bir qrafiki mühitində işləyib mausun düyməsinin sıxmaqla bir çox digər 
əməliyyatları  həyata keçirmək mumkundur. Bu əməliyyat sistemi mühitində 
mətnə şəkil, slayd, animasiya və s. informasiya daşıyıcısını əlavə etmək olar. 
Qüvvətli www mühitindən istifadə edərək yeni proqram təminatı 
kitabxanalar və  sənəd mərkəzlərinin biblioqrafik informasiyalarını internet 
mühitində yayılması üçün «WinLib 2000» adı altında layihəsi hazırladı və ilk 
versiyası 2000-cı ilin ortasında həyata keçirildi. Hal-hazırda ölkədə bir çox 
kitabxanalar, universitet sənədlərin mərkəzləri, nazirliklər, mədəniyyət 
mərkəzləri bu proqramdan istifadə edirlər (21). 
WinLib 2000 proqram təminatının dili Borland Delphi-dir. Bu proqram 
təminatının məlumatlar bazası  İnterbase 705 dir. Onun arxitekturası  Klient-
Server nümunəsi yeni xidmət qəbul edən və xidmət göstərən  əsasında 
proqramlaşdırılmışdır. Bu arxitektura əsasən kitabxananın proqram vəzifələrini 
iki qismə ayırır: 

Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin