REPK təhsilin, təlim-tərbiyə işinin inkişafına yaxından köməklik etmək
üçün ümumtəhsil, peşə məktəbləri və orta ixtisas müəssisələri kitabxanalarının
fəaliyyəti haqqında 2002-ci ildən Məlumat (Verilənlər) Bazası yaradılmasına
başlamış və bu bazanı müntəzəm olaraq təkmilləşdirmişdir. Kitabxana yaradıl-
mış məlumat bazası əsasında 2003-cü ildə “Təhsil Nazirliyi sistemindəki
ümumtəhsil məktəb kitabxanalarının fəaliyyəti” adlı 10 cilddən ibarət məlumat
kitabı hazırlamışdır. Burada respublikamızın 10 zonası, bu zonaların hətta ən
ucqar ərazidə yerləşən hər bir məktəb kitabxanası haqqında
informasiya almaq
olar.
Qeyd etdiyimiz kimi, kitabxananın fəaliyyətində məktəb kitabxanalarının
metodik təminatı mühüm yer tutur. Öz statusuna görə respublika məktəb kitab-
xanalarının metodik mərkəzi hesab edilən REPK böyük elmi-metodik şöbə ya-
ratmışdır ki, bu şöbədə bilavasitə məktəb kitabxanalarının metodik təminat sis-
temini təşkil edən metodistlər fəaliyyət göstərirlər. Onlar ümumtəhsil, peşə və
orta ixtisas təhsili müəssisələrinin kitabxanaları üçün metodik vəsaitlər, təlima-
ti metodik məktubların hazırlanmasında, yazılı və şifahi məsləhətlərin verilmə-
sində, həmçinin bu məktəb kitabxanalarının fəaliyyətinə dair
statistik məlumat-
ların alınması, təhlil edilməsi və elektron baza yaddaşına köçürülməsi işində
məktəb kitabxanalarının işinə kömək məqsədilə ezamiyyələrdə, müşavirə və
konfranslarda iştirak edirlər.
Şöbə metodik işi planlaşdırır və onların icrasını təşkil edir. Həmçinin
respublikada kitabxana işi üzrə aparılan elmi-tədqiqat işlərində iştirak edir,
yeni informasiya texnologiyalarının tətbiqində məktəb kitabxanaçıları üçün
REPK-da kurslar təşkil edir, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən
ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrinin kitabxanaları arasında
yeni informasiya texnologiyaları əsasında pedaqogikanın, məktəbşünaslığın və
kitabxana işinin maraq doğuran sahələrinə dair məlumat mübadiləsi təşkil edir,
onların fəaliyyətini öyrənir,
təklif və tövsiyələrini verir, müəyyənləşdirilmiş
qaydada onların illik statistik hesabatlarını alır və onları elektron məlumat
bazasında yerləşdirir.
2007-ci ildə REPK Azərbaycan Respublikası Prezidentinin “Azərbay-
canda kitabxanaların fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 20 aprel
2007-ci il tarixli Sərəncamının III bəndinin icrasını təmin etmək məqsədilə
Bakı şəhərində, Qazax, Şəmkir, Gəncə, Şəki, Yevlax, Kəlbəcər, Qəbələ rayon-
larında məktəb kitabxanaçılarının seminar tədbirlərini təşkil edib keçirmiş və
alınmış təkliflər ümumiləşdirilərək bu sərəncamın tələbinə uyğun tədbirlər
planının hazırlanması işində nəzərə alınaraq istifadə edilmişdir (6).
Kitabxananın Elmi-metodik və təhlil şöbəsi “Məktəb kitabxanası işinin
planlaşdırılması”, “Kiçik yaşlı məktəblilərdə mütaliə mədəniyyətinin formalaş-
dırılması işinin məzmunu və prinsipləri”, “Kitabxana işinə dair normativ
aktlar” (2002), “Məktəb kitabxanalarının manifesti” (2003), “I-IV
siniflər üçün
126
kitabxana-biblioqrafiya bilikləri proqramı” (2003), “İkirəqəmli cədvəl” (2006),
“Kitabxana işçilərinin ideya-siyasi səviyyəsinin yüksəldilməsi və ixtisasının
artırılması”, “Məktəblərdə kitabxanaların texniki təşkilinə aid normativlər”
(2007), “Məktəblilərə kitabxana xidməti və ədəbiyyatın təbliği”, “Valideyn-
lərlə iş”, “Kitabxana şurası”, “Siyasi aktuallığını itirmiş, məzmunca köhnəlmiş
nəşr materialların kitabxana və məlumat-informasiya fondlarından çıxarılması
haqqında”, “Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sahəsində məktəb
kitabxanalarının vəzifələri” (2008), “Universal Onluq Təsnifat Cədvəli”(2008)
və s. metodik vəsaitlər tərtib edib bölgələrə göndərmişdir.
Kitabxana işinin müxtəlif sahələrinə həsr edilmiş belə metodik vəsaitlər
və tövsiyələr kitabxanaçıların təcrübi işinə, peşə səviyyəsinin yüksəldilməsinə
kömək edir.
Respublikamızda gedən geniş təhsil islahatlarında yaxından iştirak edən
kitabxana məktəb kitabxanalarının işinin təhsil islahatları ilə əlaqələndirilmə-
sinə, islahatların qarşıda qoyduğu vəzifələrlə əlaqədar məktəb kitabxanalarının
işinin məzmununda baş verən yeni keyfiyyət dəyişikliklərinin ümumiləşdiril-
məsinə və yayılmasına böyük metodik köməklik göstərmişdir (3, s.123).
Etiraf etməliyik ki, bu uğurlarla yanaşı, çatışmayan cəhətlər də az deyil.
Ümumiyyətlə, ölkəmizdə kitabxana işinin metodik təminatının vəziyyəti qəna-
ətbəxş deyil. Maliyyə çatışmazlığı və müvafiq cavabdeh şəxslərin
bu işə laqeyd
yanaşması metodik mərkəz funksiyasını daşıyan kitabxanaların o cümlədən
REPK-nın fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşa bilməsinin
qarşısını almışdır. Bu işin gələcəkdə yaxşılaşdırılması üçün REPK dünya
kitabxana-informasiya proseslərinin inkişaf qanunauyğunluqlarını nəzərə al-
maqla respublika kitabxanalarının dünya informasiya məkanına daxil olma-
sının təşkilati-metodik mexanizmini hazırlamalıdır. Bunun üçün ölkə, regional,
şəbəkə, şəbəkələrarası, MKS və eləcə də ayrı-ayrı kitabxanalar səviyyəsində
kitabxana-informasiya xidmətinin optimallaşdırılmasına yönəlmiş kompleks və
lokal xarakterli strateji və taktiki proqramlar hazırlanmalıdır.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-infor-
masiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın təs-
diq edilməsi barədə verdiyi Sərəncamı ölkəmizdə kitabxanaların inkişafında
yeni yol açmaqla Azərbaycan dövlətinin davamlı inkişafının mühüm strateji
istiqamətini müəyyən edəcəkdir (1).
Ümid
edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr
2008-ci il tarixli 450 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Məktəb kitabxana-
larının maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya
texnologiyaları ilə təchizatına dair Tədbirlər Planı”nın icrası üzrə Təhsil Nazir-
liyinin fəaliyyət planının uğurla yerinə yetirilməsi bu problemləri həll
edəcəkdir (2).
Dostları ilə paylaş: