"Kompüter texnologiyaları və proqramlaşdırma"



Yüklə 12,94 Kb.
səhifə2/2
tarix07.01.2024
ölçüsü12,94 Kb.
#201703
növüYazı
1   2
Kompüter texnologiyaları və proqramlaşdırma

Mülahizə. Mülahizə anlayışlar əsasında qurulan nəqli cümlədir. Mülahizə müxtəlif formalarda, təbii və formal dillərdə tərtib edilə biləndir. Mülahizə gerçək və yanlış ola biləndir. Əgər anlayışlararası əlaqələr real gerçəkliyi adekvat əks etdirirsə, mülahizə gerçək sayılır. Məsələn, ―Prosessor informasiya emal edən qurğudur‖ -gerçək mülahizədir. Lakin mülahizənin gerçəkliyi nisbidir. Mülahizə təfəkkürün elə formasıdır ki, o, real hadisə və predmetlərin xassələrini və münasibətlərini ya təsdiq, ya da inkar edir və ya doğru, ya da yalan olur. Sadə mülahizələrdən mürəkkəb mülahizələr yaradılır. Məsələn, ―Prosessor emaledici, printer çapedici qurğudur‖ – mürəkkəb mülahizədir. Mürəkkəb mülahizələrin doğruluğu mülahizələr cəbrinin köməyi ilə təyin edilir.
Hökm. Mülahizələrdə ifadə edilən məlum faktlara əsasən hökm çıxarılır. Hökm bir və ya bir neçə mülahizə əsasında meydana çıxan yeni mülahizədir. Məsələn, üçbucağın bütün tərəflərinin bərabər olmasını təsdiq edən mülahizə əsasında hökm verilir ki, bu, bərabərtərəfli üçbucaqdır
Mülahizələr cəbri
Mülahizələr cəbri mürəkkəb mülahizələrin məzmununa varmadan onların doğru və ya yalan olduğunu təyin etmək üçün yaradılmışdır. Burada hər bir mülahizəyə bir məntiqi dəyişən kimi baxılır. Fərz edək ki: x1 *İkinin üstünə iki əlavə etdikdə dörd alınır* x2 =*İkinin üstünə iki əlavə etdikdə beş alınır* – kimi 2 sadə mülahizə vardır. Doğru mülahizə 1, yalan – 0-la qiymətləndirilərsə, onda 1 x =1, 2 x =0 alarıq. Yəni mülahizələr cəbrində istifadə edilən məntiqi dəyişənlər yalnız 2 qiymət (0 və 1) ala bilir. Mülahizələr üzərində müəyyən məntiqi əməllər icra etməklə mürəkkəb mülahizənin doğru və ya yalan olduğunu aşkara çıxarmaq mümkündür. Əsas məntiq əməlləri: ―*VƏ*, ―*VƏ YA*, ―*DEYİL*. ―*VƏ*məntiqi vurma əməli olub, konyunksiya adlanır. ―VƏ YA‖ məntiqi toplama əməlidir. Buna dizyunksiya deyilir. ―DEYİL‖ məntiqi inkar əməlidir ki, buna da inversiya deyilir.
Mətn informasiyasının 2-lik kodlaşdırılması
60-cı illərin sonundan etibarən kompüterlər mətn informasiyasının işlənməsinə daha çox tətbiq edilməyə başlamışdır. İndi dünya üzrə kompüterlərin böyük əksəriyyəti mətn informasiyasının emalı ilə məşğuldur. Ənənəvi olaraq 1 simvolun kodlaşdırılması üçün 1 bayt ayrılır. Bu halda 256 simvol kodlaşdırmaq mümkündür. Bu, mətn informasiyasını kodlaşdırmaq üçün kifayətdir. Beləliklə, insan hərfi şəklinə görə, kompüter koduna görə tanıyır. 0-dan 32-dək ilk 33 kod əməliyyatlar (sətri dəyişmək, probel daxil etmək və s.) üçündür. 33-dən 127-dək latın əlifbasına, rəqəmlərə, hesab əməllərinə və durğu işarələrinə, 128-dən 255-dək milli əlifbalara ayrılmışdır.
Hal-hazırda Unicode adlı beynəlxalq standartdan istifadə edilir ki, bu da hər simvola 2 bayt yer ayırır. Bu kodla 65536 simvolu kodlaşdırmaq mümkündür. 1997-ci ildən Microsoft Windows&Office platforması Unicode keçmişdi
Şəkil və səsin analoq və diskret təqdim edilmə üsulları
İnsan informasiyanı hiss üzvlərinin yaratdığı obrazlar formasında qəbul edir. Şəkil və səs obrazları müxtəlif informasiya daşıyıcılarında saxlana bilir. Şəkil və səs informasiyası həm analoq, həm də diskret formada təqdim edilə biləndir. Analoq siqnal kəsilməzdir. Diskret siqnal kəsiləndir. Analoq şəkil rənglərin tədrici keçidi ilə, diskret şəkil isə rəngli nöqtələrlə yaradılır. Analoq səs adi qrammofon valındakı dalğalı cığırlarda saxlanır. Diskret səs audio kompakt diskdəki fərqli əks etdirmə sahələri ilə saxlanır. Analoq şəkil və səs diskretləşdirilə biləndir. Bunun üçün kəsilməz siqnalı kiçik kvantlara bölmək kifayətdir. Hər bir kvant ayrıca koda malik olur və beləliklə, kəsilməz (analoq) informasiya rəqəmlərlə ifadə edilmiş olur.
Səs informasiyasının 2-lik kodlaşdırılması
Səsin zamanca diskretləşdirilməsi. Səs müəyyən tezlik və amplitudada kəsilməz dəyişən dalğa mahiyyətli olduğundan, onun diskretləşdirilməsi zamanın kvantlaşdırılması şəklində həyata keçirilir. Amplituda böyük olduqca səs gur, tezlik yüksək olduqca ton yüksək olur. Kəsilməz səs dalğası xırda hissələrə bölünərək, hər birinin özünəməxsus koordinatları olan fərqli nöqtələrə çevrilir. Səs nöqtələri həm də tezlik cəhətdən fərqlənən yaddaş obyektlərinə çevrilir. Müasir səs kartları səsi 16-bitlik kodlaşdırmağa imkan verir. Bu halda siqnalın səviyyə müxtəlifliyi 65536-ya çatır.
file:///C:/Users/PC/Downloads/Informatikanin_esaslari_aze%20(2).pdf
Ədəbiyyat
Diqqətinizə görə təşəkkür edirəm
Yüklə 12,94 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin