Kompüterin daxiletmə qurğuları Piriyev məftun



Yüklə 13,79 Kb.
səhifə3/3
tarix10.05.2023
ölçüsü13,79 Kb.
#110391
1   2   3
Kompüterin daxiletmə qurğuları-kompy.info

Coystik (joystick)

Costik əsasən nəqliyyat vasitələrinin simulyatorlarını idarə etmək üçün xarici qurğudur. Əsasən oyunlarda, gəmi, vertolyot, təyyarə və s. simulyatorlarında maşını idarə etmək üçün istifadə olunur.


  • Costikləri iki yerə bölmək olar:

  • Diskret costiklər işləyən zaman iki siqnal göndərə bilir “0” və “1”. Bu tip costiklər demək olar ki, hal-hazırda işlədilmir.

  • Analoq costiklər siqnal 0-dan yuxarı, tutacağın əyilmə bucağından asılı olaraq bir çox qiymətlər ala bilər.

  • Coystiklər ailəsinə daxil edilən sükan da mövcuddur. Avtomobil simulyatorlarında maşını idarə etmək üçündür.

İşıq qələmi


  • LightPen– İşıq qələmi adi qələmə oxşar bir qurğudur. Kompüterə qoşulur və onun vasitəsi ilə monitorda yazı yazmaq olur. Qələmlə monitorda “yazdıqda” qələmin ucundakı fotoelement vasitəsi ilə onun olduğu nöqtənin parlaqlığının dəyişməsi qeyd olunur və xüsusi proqram təminatı onun koordinatlarını hesablayır. Sonra lazım olan əməliyyatı icra edilir.

Veb kamera


  • Adından göründüyü kimi İnternetdə istifadə etmək üçün kameradır. Çox ucuz başa gəlir. Təsvir o qədər də keyfiyyətli olmur. Lakin İnternet vasitəsi ilə tez ötürmək üçün elə bu cür lazımdır. Çünki təsvirlərin keyfiyyətli alınması üçün kamera keyfiyyətli olmalıdır. Bu isə kameranın qiymətinin bir az baha olması deməkdir. İkinci tərəfdən isə keyfiyyətli məlumatın həcmi böyük olur ona görə də İnternet vasitəsi ilə videotəsvirin ötürülməsi çətinləşir.

Mikrofon

Kompüterə audio informasiyaların – səsin daxil edilməsi üçün istifadə olunur. Mikrofonla kompüterə məlumat(səs) – adi elektik cərəyanı kimi ötürülür və səs kartı (SoundCard) vasitəsi ilə “kompüterin dili”nə - 2-lik koda çevrilir. Səs kartı səsi tezliklərə görə rəqəmli formata salır.

Skanner


  • Skanner – Kompüterin xarici qurğularındandır. Bu şəkli rəqəmli formaya salmaq üçündür. Yəni hər hansı bir təsviri skanerin şüşə stolunun üzərinə qoyub onun analoqunu kompüterə köçürmək üçündür.

  • İş prinsipi aşağıdakı kimidir. Ayna üzərinə qoyulan obyekt hərəkət edən işıq vasitəsilə “seyr”edilir. Yəni lampa bütün obyekt boyu keçir. Təsvirdən qayıdan şüalar 3 filtrdən (RedGreenBlue) keçəndən sonra sonra güzgü vasitəsi ilə işığahəssas matrisə (CCD element) ötürülür.

  • CCD – matris (ingiliscə “Charge-Coupled Device”, ruscaПЗС-ма́трица «прибор зарядовой связью») üzərində çoxlu işığahəssas elemetlərdən ibarət müstəvidir. Skanerlərdə xətkeş tipli CCD-lərdən istifadə olunur, yəni təsvir ardıcıl xətlər kimi ötürülür. Daha sonra təsvir kompüterdə zolaqlar şəklində birləşdirilir. Bununla da skanerin işi bitir. Zolaqları birləşdirib bütöv şəkil formasına salmaq isə proqram təminatının ixtiyarına verilir.

Skanerlərin skan etmə üsuluna görə bir neçə növləri vardır:


Planşet şəkilli – istifadəçi üçün çox rahatdır. Şəffaf şüşənin üzərinə lazım olan obyekt qoyulur və skaner öz işini görür.
Əl skaneri – Bu növ skanerlərdə lampa hərəkət etmir. Skanerin özünü obyektin üzərində biz özümüz hərəkət etdirməliyik. Bu skanerin müsbət cəhəti ondan ibarətdir ki, ölçüsü kiçik olur və daha ucuz olur. Lakin mənfi cəhətləri də vardır. Təsvir dəqiq alınmır. Çünku əllə bərabərsürətli hərəkət etdirmək mümkün deyil. Bəzən əyri hərəkət etdirə bilərik. Bu amillərinə görə bu tip skanerlər səliqəli təsvir vermir.
Səhifələyən skanerlərə kağızı çoxlu miqdarda qoymaq olar. O özü səhifələyib hər səhifəni skanerlə skan edəcək. Kitabları bu cür skanerlərlə rəqəmli formaya salırlar.

TV Tuner


  • Adından göründüyü kimi televiziya kanallarına computer vasitəsilə baxmaq üçündür. Yəni bu qurğu vasitəsi ilə antenadan gələn PAL , SECAM və ya NTSC formatlı siqnallar monitora verilir. Bu üsulla kompüterdə televizora baxa bilərik, istənilən videotəsvirləri rəqəmli formata sala bilərik.

thank you for watching


P.Məftun
http://kompy.info
Yüklə 13,79 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin