standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır;
portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır.
Skaneriniş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Faylkompüterdə yadda saxlanıldıqdan sonra onu başqa yerə köçürmək, dəyişdirmək, elektron poct ilə göndərmək və s. olar.
Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur. Təqdimatların, məruzələrin, yüksək keyfiyyətli reklam materiallarının hazırlanmasında bu qurğuların əvəzi yoxdur.
Mikrofon
Mikrofon — səs dalğalarınıelektrik siqnalına çevirən elektroakustik cihaz. Səsyazma prosesində ilkin mərhələ hesab edilir. Bir çox qurğularda (telefon, maqnitofon, radioqurğular) istifadə edilir. Mikrofonlar kondensator, dinamik və s. kimi çevirici prinsipinə və istiqamət xüsusiyyətlərinə görə təsnif edilir. Bəzən mikrofonu təsvir etmək üçün diafraqmanın ölçüsü, təyinatı və ya mikrofonun əsas oxuna (son və ya yan ünvana) əsas səs girişinin istiqaməti kimi digər xüsusiyyətlərdən istifadə olunur.
Qulaqcıqlar
Baş Üçün Qulaqlıq bu qulaqlıq ümumiyyətlə kompüterlər üçün istifadə edilir. Çox yer tutduğundan və portativ olmadığına görə mobil cihazlarda çox üstünlük verilmir. Qulaqlıq firmaları bu problemi həll etmək üçün qulaqlıqlara qatlanma və dönmə xüsusiyyətləri əlavə edir.
Sistem Təminatı
Baza proqram təminatı:Əməliyyat sistemləri,Əməliyyat örtükləri,Şəbəkə əməliyyat sistemləri.
Servis proqram təminatı:Kompüterin diaqnostikası,Antivirus proqramları,Utilitlər(xidməti proqram)
Tətbiqi proqramlar – müxtəlif tətbiqi məsələlərin kompüterlə həlli üçün nəzərdə tutulan proqramlardır.Bu tip proqramlar adətən istifadəçilərin hər hansı bir işi daha asan yerinə yetirməsinə xidmət edir. Tətbiqi Proqram Təminatına bunlar aiddir: