19. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll edilməsi səlahiyyəti aiddir A) Azərbaycan Respublikası Proukrorluğuna
B) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə
C) Azərbaycan Respublikası Ali Məhkəməsinə
D) Azərbaycan Respublikası Milli Məclisinə
20 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi səlahiyyəti aiddir A) Azərbaycan Respublikası Milli Məclisinə
B) Azərbaycan Respublikası Müdafiə nazirinə
C) Azərbaycan Respublikası Baş nazirinə
D) Azərbaycan Respublikası Prezidentinə
21. Bələdiyyələrin hesabatlarının dinlənilməsi səlahiyyəti aiddir A) Azərbaycan Respublikası Baş nazirinə
B) Azərbaycan Respublikası Nazirlər Kabinetinə
C) Azərbaycan Respublikası Milli Məclisinə
D) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə
22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi səlahiyyəti aiddir A) Azərbaycan Respublikası Baş nazirinə
B) Azərbaycan Respublikası Nazirlər Kabinetinə
C) Azərbaycan Respublikası Milli Məclisinə
D) Azərbaycan Respublikası Prezidentinə
23. Naxçıvan muxtar respublikanın büdcəsini icra etmək səlahiyyəti aiddir? A) Azərbaycan Respublikası Nazirlər Kabinetinə
B) Azərbaycan Respublikası Prezidentinə
C) Naxçıvan Muxtar Respublikası Baş nazirinə
D) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə
24. Aşağdakılardan hansı Milli Məclisin səlahiyyətlərinə dair qəbul etidyiyi qanunlara aiddir? A) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat
B) bank işi, mühasibat, sığorta
C) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət
D) statistika, metrologiya və standartlar