9. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında nəyini müəyyən edir? A)Toxunulmazlığını və bərabərliyini
B)Sərbəstliyini və müstəqilliyini
C)Məsuliyyətini və vəzifələrini
D)Vəzifələrini və bərabərliyini
10. Hamı qanun və məhkəmə qarşısında A)Eynidir B) Bərabərdir C)Sərbəstdir D) Müstəqildir
11. Kişi ilə qadının hüquqları və azadlıqları A)Fərqlidir ` B)Eynidir C)Birdir D)Müxtəlifdir
12. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını hansı meyarlara görə məhdudlaşdırmaq olar? A)İrqi və etnik B)Dini və cinsi C)Siyasi və sosial D)Qadağandır
13. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir: A)Məhkəmələr B)İctimai birliklər C)Dövlət D)Siyasi birliklər
14.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır: A) İnsan ləyaqəti qorunur və ona hörmət edilir
B) Hüquqlardan sui-istifadəyə yol verilmir
C) Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir
D) Sağlamlıq imkanları məhdud olanlar Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar
15. Hər kəs öz hüquq və azadlıqlarını necə təmin edə bilər? A)Beynəlxalq hüququn prinsipləri əsasında
B)Bütün üsul və formalarla
C)Ümumi qəbul olunmuş üsullarla
D)Qanunla qadağan olunmayan üsul və vasitələrlə
16. Hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə kim təminat verir? A)Beynəlxalq təşkilatlar B)Prezident C)Dövlət D)Xalq