1. Azərbaycan Respublikasının dövlət dili hansı dilidir? A) Azərbaycan B) Azərbaycan və rus C)Azərbaycan və ingilis D)Bütün dillər
2. Aşağıdakılardan hansı düzdür? A)Azərbaycan Respublikası əhalinin danışdığı başqa dilləri qadağan edir
B)Azərbaycan Respublikasında əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsi və inkişafı xüsusi icazə əsasında mümkündür
C)Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir
D)Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsinə və inkişafına müdaxilə etmir
3. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının dövlət rəmzləridir? A)Dövlət bayrağı, Dövlət gerbi və milli musiqilər
B)Beynəlxalq təşkilatların bayraqları, Dövlət gerbi və operalar
C)Dövlət gerbi, Dövlət Himni və xalq mahnıları
D)Dövlət bayrağı, Dövlət gerbi və Dövlət Himni
4. Azərbaycan Respublikası Dövlət Bayrağının eninin uzunluğuna nisbəti neçədir? A) 2:3 B) 2:1 C) 1:2 D) 2:3
5. Azərbaycan Respublikasının Dövlət bayrağı neçə zolaqdan ibarətdir? A) 2 B) 3 C) 4 D) 5
6. Azərbaycan Respublikası Dövlət bayrağının və Dövlət gerbinin təsviri, Dövlət Himninin musiqisi və mətni nə ilə müəyyən edilir? A) Qanun B)Konstitusiya Qanunu C)Qərar D)Sərəncam
7.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır: A) Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
B) Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir
C) Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir
D) Dövlət bayrağında yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə qırmızı rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir
8. Aşağıdakılardan hansı doğrudur? A)Hər kəsin 16 yaşına çatdığı andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır
B)Hər kəsin 16 yaşına çatdığı andan bərabər, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır
C)Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır
D)Hər kəsin doğulduğu andan toxunulmaz, müxtəlif və ayrılmaz hüquqları və azadlıqları vardır