9. Konstitusiya qanunları hansı hallarda qüvvəyə minmir? A) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən imzalamazsa
B) Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmazsa
C) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi rəy verməzsə
D) Azərbaycan Respublikası Ali Məhkəməsi rəy verməzsə
10. Azərbaycan Respublikası Prezidenti hansı halda hərbi vəziyyət elan edir? 1. Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda
2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə
3. Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda
4. Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda
5. zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda
6. Xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə
A) 1,3,5,6 B)2,4,5,6 C)1,2,3,6 D)1,3,4,6
11.Azərbaycan Respublikasının Prezidenti hərbi vəziyyət yarandıqda... A) Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi sərəncamı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir
B) Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 3 gün müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
C) Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində hərbi vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
D) Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
12. Azərbaycan Respublikası Prezidenti hansı halda fövqaladə vəziyyət elan edir? 1. Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda
2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə
3. Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda
4. Təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə
5. Zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda
6. Vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə
A) 1,3,5,6 B)2,4,5,6 C)1,2,3,6 D)1,3,4,6