13.Azərbaycan Respublikasının Prezidenti fövqaladə vəziyyət yarandıqda... A) Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi sərəncamı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir
B) Azərbaycan Respublikasının bütün ərazisində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
C) Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
D) Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi sərəncamı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
14. Azərbaycan Respublikası Prezidentinin aktları hansılardır? 1.Fərman
2.Qanun
3.Sərəncam
4.Qərar
5.Akt
A)1,2 B) 3,4 C) 1,3 D) 4,5
15. Azərbaycan Respublikasının Prezidenti ümumi qaydalar müəyyən etdikdə hansı aktları qəbul edir? A) Fərman və sərəncam
B) Sərəncam
C) Qərar va sərəncam
D) Fərman
16.Azərbaycan Respublikasının Nazirlər Kabineti hansı məqsədlə yaradılır? A)Azərbaycan Respublikası Prezidentini Azərbaycan Respublikası Milli Məclisində təmsil etmək məqsədilə
B) Azərbaycan Respublikası Prezidentini beynəlxalq təşkilatlarda təmsil etmək məqsədilə
C)Azərbaycan Respublikası Prezidentini Dövlət Qulluğunu idarəetmə Şurasında təmsil etmək məqsədilə
D)Azərbaycan Respublikası Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə
17.Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin: A)aşağı icra orqanıdır
B)yuxarı icra orqanıdır
C)təmsilçi orqanıdır
D)yuxarı təmsilçi orqanıdır