27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir: 1.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini təsdiq edir
2.Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim edir
3.Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir
4.Maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir
5. .İnsan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini təmin edir
A) 1,2,3 B) 3,4,5 C) 2,3,4 D) 1,3,5
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid deyil: 1.Dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir
2.Yerli İcra Hakimiyyəti orqanlarının rəhbərlərini təyin edir
3.Dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir
4.Yerli özünüidarəetmə orqanlarına seçkiləri keçirir
5.Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir
A) 1,2,3 B) 2,4 C) 3,4,5 D) 1,5
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi aktları seçin: 1.Fərman 2.Qanun 3.Sərəncam 4.Qərar 5.Protokol
A) 1,2 B) 3,4 C) 4,5 D) 1,3
30. Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumi qaydalar müəyyən etdikdə hansı aktları qəbul edir? A) qərar və sərəncam B) sərəncam C) qərar va qanun D) qərar
31. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıdakılardan biri yalnışdır? A)Qanunlar Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər
B)Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər
C)Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən sonra üç gün ərzində qüvvəyə minir
D)Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.