Konveyerlərin və konveyerlər sisteminin etibarlılığı



Yüklə 29,83 Kb.
tarix02.01.2022
ölçüsü29,83 Kb.
#41454
6 Konveyerlərin və konveyerlər sisteminin etibarlılığı


Konveyerlərin və konveyerlər sisteminin etibarlılığı

Müasir istehsalatda nəqliyyat və texnoloji xətlər bir-birilə sıx əlaqədə olaraq vahid istehsal sistemini təşkil edirlər. Avtomatlaşdırılmış axın istehsal üsulu məmulatın konveyer vasitəsilə ötürülməsinə əsaslanmışdır. Konveyerlərin dayanması bütün istehsalın dayanması və istehsal ritminin pozulmasına səbəb olur. Ona görə də müasir istehsalatda konveyerlərin və konveyerlər sistemin etibarlığı və uzunömürlülüyü mühüm həlledici rol oynayır.

Maşının və yaxud maşınlar sisteminin etibarlığı dedikdə verilmiş rejimlər və istismar şəraitlərinə, texniki qulluq və təmir şərtlərinə uyğun verilmiş müddət ərzində istismar göstəricilərini (sürət, məhsuldarlıq, enerji sərfi) saxlamaqla tələb olunan funksiyasını yerinə yetirmək qabiliyyəti başa düşülür.

Etibarlıq maşının kompleks xüsusiyyətlərini – imtinasız işləmə, uzunömürlülük və təmirəyararlılığını nəzərə alır. Maşının imtinasız işləməsi onun təyin olunmuş müəyyən zaman ərzində öz işgörmə qabiliyyətini fasiləsiz olaraq saxlayabilmə qabiliyyəti ilə ölçülür. Maşının uzunömürlülüyü onun müəyyən edilmiş texniki qulluq və təmir sistemi nəzərə alınmaqla hədd vəziyyətinə qədər öz işgörmə qabiliyyətini saxlamaqla müəyyən edilir. Maşının təmirəyararlılığı dedikdə onun işdən imtinalarının (başqa sözlə işgörmə qabillyətinin pozulması) yaranma səbəblərinin müəyyən edilməsi, təmir və texniki qulluq etməklə qarşısının alınması xüsusiyyəti başa düşülür.

Konveyer bərpa və təmirolunan maşındır, demək olar ki, imtinadan sonra onun işgörmə qabiliyyəti bərpa oluna biləndir.

Maşının etibarlığının əsas göstəriciləri: imtinasız ehtimalı, imtinaya qədər orta iş miqdarı və imtinanın intensivliyi; ömüruzunluğuna görə – qamma – faiz resursu (verilmiş  faiz–ehtimala görə maşın hədd vəziyyətə çatana qədər gördüyü iş miqdarı), orta resurs, qamma-faiz və orta xidmət müddəti; təmirə yararlılığa görə – müəyyən olunmuş vaxt ərzində bərpaolunma ehtimalı və bərpaolunmaınn orta müddəti.

Maşının etibarlığının əsas kompleks göstəricisi onun sazlıq (işə hazırolma) əmsalı ilə ölçülür

burada -imtinasızlığı xarakterizə edən imtinaya qədərki gördüyü işin miqdarı, saat;



-müəyyən edilmiş vat ərzində təmirəyararlılığı xarakterizə edən orta bərpaetmə müddəti, saat;

Konveyrlər üçün sazlıq əmsalının və xidmətinin normativ minimum qiymətləri standartlara uyğun olaraq cədvəllərdə verilir. Təcrübədə sazlıq əmsalı olan konveyer işləyə bilər. Maşının effektiv işləməsi və yüksək etibarlıq əldə etmək üçün bütün əsas etibarlıq göstəricilərinin qiyməti optimal olmalıdır. Etibarlığın hər bir göstəricisinin qiyməti maşının pasport, faktiki yükləmə regimi və iş şəraiti verilənlərinə uyğunlaşdırılmalıdır.

Qeyd: Konveyer lentinin orta xidmət müddəti 8000 saatdan (filiz və bərk dağ süxurları olduqda) 20000 saata qədər (abraziv olmayan xırda yüklər olduqda)

Konveyerlər sisteminin imtinasız iş ehtimalı hər bir ayrı-ayrı konveyerin imtinasız iş ehtimallarının hasili şəklində hesablanılır:



Sistemin ümumi sazlıq əmsalı isə



hesablanır.



Əgər konveyerlər sistemində toplayıcılar (yükü yığıb saxlayan) varsa, onda bütün iş dövrü ərzində olduqda yükün fasiləsiz axını təmin olunacaqdır və əgər olarsa konveyerlər sistemi müddətinə dayanacaqdır: burada - toplayıcının iş müddəti (vaxta görə cəm ehtiyat), saat; - konveyerlər sistemində imtinanı ləğv etmənin maksimum vaxtı, saat.

Əgər sistemdə tam ehtiyat (dublikat) xətt nəzərdə tutulubsa onda sistemin dayanma müddəti yalnız siqnalın verilmə və ehtiyat xəttin işə qoşulma vaxtına bərabər olacaqdır. məsələn metropolitenin eskalatorlarında ehtiyat xətt nəzərdə tutulmuşdur.
Yüklə 29,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin