Корпоратив идаряетмя



Yüklə 219,64 Kb.
səhifə4/21
tarix28.02.2023
ölçüsü219,64 Kb.
#85875
1   2   3   4   5   6   7   8   9   ...   21
referat 115

Səhmdarlar


Qanuna və mahiyyətinə görə Amerika korporasiyaları səhmdarların mülkiyyəti sayılır. Onların hüququnda sahibkar kimi nəzarət imtiyazı nəzərdə tutulur. İqtisadçılar bunu «nəzarətin qalıq hüququ» adlandırır. Başqa sözlə, səhmdarlar korporasiyanın aktivlərinə aid olan ixtiyari qərarı qəbul etmək hüququna (əgər bu hüquq qanun və ya kontraktın şərtləri ilə başqa şəxslərə, yaxud qruplara verilməyibsə) malikdir. Səhmdarların bu «qalıq» hüquqları olduqca məhduddur. Amerika qanunlarına görə səhmdarların korporasiyanın cari işindəki iştirak hüququ direktorların seçimi ilə məhdudlanır. Sonra isə bu direktorlar səhmdarların adından şirkəti idarə edir. Səhmdarlar nizamnamənin bu və ya digər maddələrinin dəyişdirilməsi, direktorların seçilməsi və dəyişdirilməsi, eləcə də korporasiyanın (onun birləşdirilməsi və ya satılması) ləğvinə səbəb ola bilən mühüm «üzvi» təkliflərin qəbulu və ya rədd edilməsi zamanı səsvermədə iştirak etmək hüququna malikdir. Korporasiyanın cari işlərinə səhmdarların bunlardan əlavə təsir etməyə hüquqları yoxdur. Şirkətin dividendlərinin səviyyəsinin təyin olunmasında, menecerlərin işə götürülməsi və ya işdən azad edilməsində, korporasiyanın edəcəyi iri investisiyaların müəyyənləşdirilməsində səhmdarlar birbaşa heç bir rol oynamır.


Əgər səhmdarların hüquqları cüzidirsə, onların öhdəlikləri daha da azdır. Səhmdarlar özəl sektorda təqaüd planlarının müzakirəsi istisna olmaqla korporativ idarəetmə problemləri üzrə səsvermədə iştirak etməyə borclu deyillər. Səhmdarların hər il keçirilməli olan ümumi iclası daha çox ənənəvi mərasim xarakteri daşıyır və daha çox zərurətdən yox, prosedur nöqteyi-nəzərindən keçirilir. Yalnız «etibarnamə uğrunda yarış» adlandırılan səhmdarların səsləri uğrundakı mübarizə mühüm istisna təşkil edir . Səhmdarlar səslərini fəaliyyətdə olan menecment heyətinə, yəni alternativ proqramı müdafiə edən tərəflərə verə bilər (etibar edə bilər), yaxud öz şəxsi proqramları ilə çıxış edə bilər. Buna baxmayaraq, səhmdarların təkliflərinin korporasiyanın hərgünkü fəaliyyətinə aidiyyatı olmamalıdır və bu təkliflər menecment üçün məcburi deyildir.


Səhmdarların korporasiyanın cari işinə təsir hüquqları faktiki olaraq seçkilərlə, zəruri halda isə sahibkarların adından şirkəti idarə edən direktorların dəyişdirilməsi ilə məhdudlanır. Korporasiya direktorlarının işinin əsasında iki fundamental prinsip dayanır: onlar səhmdarların vahid kollektivinin nümayəndələridir və onların ümumi maraqlarının gerçəkləşdirilməsi məsələlərinə xidmət etməlidir. Korporasiya səhmlərinin sahibləri direktorları seçən yeganə qrupdur və bu qrupa xidmət etmək onların borcudur.


Korporasiyanın səhmdarlarının oynadığı özünəməxsus rol korporasiya tərkibindəki müxtəlif qurumlar arasındakı ixtiyari seçimin nəticəsi deyildir. Səhmdarlar gəlirlərinə heç bir şəkildə zəmanət verilməyən yeganə qrupdur: iqtisadçıların verdikləri tərifə görə, səhmdarların gəliri qalıqdan ibarətdir, yəni korporasiya müqavilələr üzrə bütün öhdəliklərini icra etdikdən sonra sonda qalan məbləğdir. Beləliklə, əgər direktorlar şurasının məsuliyyəti səhmdarların rifah səviyyəsi ilə uzlaşırsa, onun vəzifəsi bu məsələnin həllinin təmin olunması üçün menecmentə lazımi rəhbərliyin edilməsidir .


Korporasiyanın bütün digər öhdəlikləri müqavilə ilə müəyyənləşdirildiyi şəraitdə qalıq mənfəətin artımı faktiki olaraq ümumi mənfəətin artımı olur. Buna görə də, şirkətin fəaliyyətinə nəzarət hüquqları ilə qalıq mənfəət üzrə hüquqları uzlaşan səhmdarlar sadəcə öz maraqlarını güdərək səmərəli qərarlar qəbul etməyə qadirdirlər. Bu maraqlar səhmdarların rifahının artmasının məcrasında durur və buna yardım üçün mümkün olan hər şeyin edilməsi direktorlar şurasının borcudur .



Yüklə 219,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin