Korreksiya sınağı



Yüklə 32,84 Kb.
səhifə5/5
tarix05.01.2022
ölçüsü32,84 Kb.
#51023
1   2   3   4   5
11. Diqqət və hafizənin psixodiqnostikası

Cədvəl 1q

22

25

7

21

11

6

2

10

3

23

17

12

16

5

18

1

15

20

9

24

19

13

4

14

8

Cədbəl 1b

14

18

7

24

21

22

1

10

9

6

16

5

8

20

11

23

2

25

3

15

19

13

17

12

4


5

14

12

23

2

16

25

7

24

13

11

3

20

4

18

8

10

19

22

1

21

15

9

17

6
Cədvəl 1v Cədvəl 1d

Bu metodikadan istifadə qaydası aşağıdakı kimidir: Sınanılan şəxs ardıcıl olaraq bu cədvəllərin hamısına baxır və onların hər birində 1 –dən 25 – dək ədədləri tapır və göstərir. Bu zaman sınanılan şəxsin hər cədvəl üzərində işə sərf etdiyi vaxt ölçülür. Bütün cədvəllər üzərində işə sərf olunan vaxtın cəmi hesablanır və cədvəllərin sayına, yəni beşə bölünür. Beləliklə, hər bir cədvəl üzərində işə sərf olunan vaxtın orta göstəricisi müəyyən edilir. \bu göstərici diqqətin paylanamsını əks etdirir.

Diqqətin davamlılığını müəyyən etmək üçün hər bir cədvəl üzərində işə sərf olunan vaxtı müqayisə etmək lazımdır. Əgər bu vaxt göstəricisi I cədvəldən V cədvələdək əhəmiyyətsiz dərəcədə dəyişirsə, yəni hər bir cədvəl üzərində işə sərf olunan vaxt 10 saniyədən çox deyilsə, onda diqqətin davamlılığının mövcudluğundan danışmaq olar. Əks halda, hər bir cədvəl üzərində işə sərf olunan vaxt 10 nsaniyədən çoxdursa, diqqət kifayət qədər davamlı hesab edilmir.

Ədədlərin yerləşdirilməsi” testi. Təklif olunan bu test ixtiyari diqqətin səviyyəsinin ölçülməsi və qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur. Onun nəticələri yüksək diqqətlilik tələb edən peşələrə şagirdlərin yönəldilməsi üçün faydalı və etibarlı amil hesab edilə bilər. Sınanılan şəxsə stumul materialı kimi 25 damada pərakəndə qaydada yazılmış blank və 25 damaya bölünmüş əlavə ağ blank verilir.



16

37

93

18

45

34

28

56

63

90

78

23

76

39

27

54

49

87

97

48

48

38

69

51

84

2 dəqiqə ərzində sınanılan şəxs ona göstərilən pərakəndə qaydada yazılmış ədədləri damalara bölünmüş ağ blanlkda artan sıra ilə yazmalıdır. Ədədlər sətri olaraq yazılır və heç bir işarə qoymağa yol verilmir. Testin nəticələri düzgün yazılmış ədədlərin sayı ilə qiymətləndirilir. Orta norma 22 və yüksək göstərici hesab olunur. Bu testdən fərdi və qrup halında iş prosesində istifadə etmək olar. Qrup halında işi eksperimentatorun iştirakı ilə aparmaq tövsiyyə olunur.

3 plan. İnsan özünün və ətrafdakı başqa adamların hafizəsi və mnemik proseslərinin xüsusiyyətləri haqqında düzgün təsəvvürlərə malik olması ona çox fayda verir. Hafizə haqqında biliklərin insana nə kimi konkret fayda verdiyini aydınlaşdırmazdan əvvəl hafizənin hansı əsas növlərinin olduğuna diqqət yetirmək lazımdır. Psixoloji ədəbiyyatlarda sadalanan hafizə növlərinin əsasları bunlardır: mexaniki və məntiqi hafizə, qeyri – ixtiyari və ixtiyari hafizə, vasitəli və vasitəsiz hafizə, görmə, eşitmə, emosional, hərəkət, rasional, qısamüddətli, uzunmüddətli, operativ və s. Hafizənin bir sıra növləri insanda doğularkən mövcud olur və təbiət tərəfindən verilir. Onlar əsasən mərkəzi sinir sisteminin quruluşundan və funksiyalarından asılıdır. Hafizənin digər növləri, xüsusilə əksəriyyəti həyatada insanın başqaları ilə fəaliyyəti və ünsiyyəti prosesində üzə çıxır, inkişaf edir və təkmilləşir.

Yaş artdıqca hafizənin təbii verilən növləri tədricən zəifləyir ki, bu da bir sıra səbəblərlə bağlıdır. İlk növbədə insana təbiətin verdiyi hafizə növlərindən insan yaş artdıqca az –az istifadə edir., çünki onlar az məhsuldar və əmək tutumludur, həyat fəaliyy\əti prosesində insan yeni məhsuldar növlərə daha çox istinad etməli olur; İkincisi, hafizənin başlıca orqan olan beyin zaman keçdikcə, insan yaşa dolduqca qocalır, özünün informasiyanı yaddasaxlama, yadasalma və tanıma imkanlarını itirir; Üçüncüsü, öz hafizəsinin xüsusiyyətlərinə bələd olan insan daha çox hafizənin məhsuldar növlərindən faydalanır, zaman keçdikcə, təbii şərtlənmiş hafizə növləri əsasında məşqlər aparmağı təxirə salır.

Hafizənin həcmi onun əsas xarakteristikalarından biridir. Ona görə də onun görmə, eşitmə və hərəkət kimi növlərinin qiymətləndirilməsinə başlamazdan əvvəl həcmi müəyyənləşdirilir. Bununla belə, sınanılan şəxsin hafizəsinin həcmini psixodiaqnostik metodikalar əsasında yoxlamazdan əvvəl sınanılan şəxsdə adları qeyd olunan hafizə növlərindən hansının üstünlük təşkil etdiyini bilmək lazımdır. Bu məqsədlə eyni bir informasiya həmin şəxsə müxtəlif üsullarla verilir və onun bu informasiyanı hafizənin hansı növləri vasitəsilə daha yaxşı qavradığı, yadda saxladığı müəyyənləşdirilir.

Bir çox hallarda psixoloqlar informasiyanın yaddasaxlanılmasının həcmi ilə deyil, əksinə unutma ilə maraqlanırlar. Bu halda sınanılan şəxsə müəyyən miqdar informasiyanı yaxşı öyrənib səhvsiz yadda saxlamaq göstərişi verilir, sonra isə müəyyən vaxtdan sonra (1 neçə saat, gün, və ya həftədən sonra) bu məlumatın hansı hissəsinin yadda saxlanıldığı yoxlanılır. Artıq psixoloji tədqiqatlar vasitəsilə müəyyən edilmişdir ki, həftədə möhkəmləşdirilmiş materialların 1 gün sonra 77,6 % - i, 4 gün sonra 66,4 % - i, 10 gün sonra isə 62,7 % - i yadda qalır.

Hər bir adamın hafizəsində unutma tempini müəyyən etmək üçün öyrənilmiş eyni materialı hər gün yoxlamaqla qrafik tərtib etmək və bu yolla unutmanın və ya yaddasaxlamanın dinamikasını öyrənmək mümkündür. İnsanda vasitəli yaddasaxlamanın həcmini müəyyən etmək üçün ona müəyyən informasiya vahidi, məsələn: mücərrəd sözlər verilir və onların hansı köməkçi mnemotexniki şəkillərlə, deyək ki, həmin sözlərəaid şəkillərlə və ya sözlərin daxil olduğu geniş mətn vasitəsilə yadda saxlamasına şərait yaradılır. Şəkilləri sınanılan çəkir və bundan sözləri yadda saxlamaq üçün köməkçi vasitə kimi istifadə edir. Daha sonra o, metodikaya uyğun olaraq soruşulan informasiyanı həmin şəkillər vasitəsilə yada salır.

Psixopedaqogika təcrübəsində həm ixtiyari, həm də qeyri -ixtiyari hafizə növlərinin ölçülməsi və qiymətləndirilməsi metodikaları vardır. İndi isə hafizə diaqnostikasının nisbətən sadə və geniş yayılmış 3 metodikası ilə tanış olaq. Onlardan biri əzbərləmə prosesinin dinamikasını, digəri dominant hafizə tipini, üçüncüsü isə vasitəli yaddasaxlamanın xüsusiyyətlərini öyrənməyə imkan verir.



Yaddasaxlamanın sürəti və dinamikasının təyin edilməsi. Sizə qarışıq sörada verilmiş 20 üçrəqəmli ədədi 8 – 10 dəfə yadda saxlamağa cəhd etməklə əzbərləmək və səhvsiz olaraq yada salmaq tapşırığı verilir. Bu ədədlər sırası, məsələn, belə ola bilər: 659, 326, 184, 927, 541, 239, 486, 712, 594, 172. 368, 513, 649, 278, 153, 497, 916, 351, 276, 148.

Əzbər yaddasaxlama belə aparılır. Eksperimentator hər ədədi bir saniyə interval olmaqla sıranı başqan – ayağa oxuyur. Sınanılan .əxs qeyd olunan ədədlər sırasını yaddasaxlamağa çalışır. Bundan sonra sınanılan şəxs həmin ədədləri yada salır və deyir. Eksperimentator hər bir düzgün cavabı qeyd edir. Əgər sınanılan şəxs I cəhddə 6, II cəhddə 10, III cəhddə 12 və s. ədədi yaddasaxlamağa nail olmuşsa, deməli, dinamika yüksələn xətt üzrə gedir. Bu proses qrafik şəklində qeyd olunur. Şaquli xətt yaddasaxlama üçün cəhdlərin sayını, üfiqi xətt isə hər bir cəhddən sonra yadda saxlanılmış ədədlərin sayını göstərir.



Nəticələrin təhlili. Eksperimentin nəticələrinə görə tərtib edilən yaddasaxlama qrafiki yadda saxlamanın sürəti və dinamikasını əks etdirməklə, aşağıdakı qaydada təhlil edilir və qiymətləndirilir. Əgər qrafikin əyrisi I cəhddən souncu cəhdədək tədricən yuxarı qalxırsa, belə nəticə çıxarılır ki, sınanılan şəxs yaxşı yadda saxlama dinamikasına malikdir. Əgər əyri qrafikin bəzi sahələrində bəzən yuxarı qalxır, bəzən isə üfiqi vəziyyətini alırsa, deməli sınanılan şəxs orta səviyyəli yaddasaxlama dinamikasına malikdir. Əgər hər bir cəhddən sonra əyri gah qalxır, gah enirsə, deməli, sınanılan şəxsin yadda saxlama prosesinin dinamikası aşağı səviyyədədir.

Alınmış qrafik əsasında yaddasaxlamanın sürətini də müəyyən etmək mümkündür. Yaddasaxlamanın sürəti alınmış qrafik əsasında aşağıdakı qaydada qiymətləndirilir. Əgər 8 – 10 cəhddən sonra sınanılan şəxs 15 –dən 20 –dək üç rəqəmli ədədi səhvsiz olaraq yada sala bilirsə, deməli, həmin adamın əla yaddasaxlama sürəti vardır. əgər sınanılan şəxs 10 -15 rəqəmi səhvsiz olaraq yaddasaxlamağa nail ola bilirsə, onun yaddasaxlama sürəti yaxşı, 8 – 10 ədədi yaddasaxlamağa nail olanın nəticələri orta, 6 – 8 rəqəmi yaddasaxlayanın yaddasaxalam göstəricisi isə pis hesab edilir. Ən nəhayət, təqdim edilən 20 üçrəqəmli ədəddən 4 və daha az ədədi yaddasaxlayan şəxsin yaddasaxlama sürəti çox pis hesab olunur.



Dominanat hafizə tipinin müəyyən edilməsi. Dominanat (üstün) hafizə tipinin təyin edilməsi məqsədi ilə yaddasaxlamaq üçün material müxtəlif üsullarla, görmə və eşitmə üsulları ilə təqdim olunur. Bünün üçün materialın yaddasaxlanılma məhsuldarlığı hər bir üsul üçün ayrıca materialın yaddasaxlanılma məhsuldarlığı hər bir üsul üçün ayrıca qiymətləndirilir, müqayisə olunur və üstün hafizə tipi haqqında nəticə çıxarılır. Yaddasaxlama üçün, məsələn, aşağıdakı dörd sıra sözlər verilir:

  1. Əl, şkaf, pero, saat, stul, fikir, pəncərə, çay, pencək, qarpız.

  2. Radio, ayaq, ağac, şaxta, qarğa, düymə, lampa, stəkan, xəritə, daş.

  3. Maşin, səs, dizək, xalça, anbar, ətir, dəzgah, qrup, mebel, çəkmə.

  4. Çərçivə, at, çəki, skrepka, pələng, kostyum, çəngəl, divar, çiçək, ədəd.

Birinci halda sınanılan şəxsə əvvəlcə birinci, sonra ikinci sıradakı sözlər oxunur. Bu, eşitmə üsulu ilə yaddasaxlamanın həcminin təyin edilməsinə xidmət edir. Hər bir sıradakı sözlərin şəxs ardıcıl olraq uyğun olaraq sıranı yada salır. Hafizədə düzgün yaddasaxalnılmış sözlərin miqdarı aşağıdakı düsturla müəyyən edilir:

m

Əy = _____ . 100 %



n

Burada, Əy ---- yaddasaxlamanın əmsalı; m --- hər bir sıradakı sözlərin sayı; n --- yaddasaxlamanın sözlərinin sayını bildirir. Bu düstur vasitəsilə həm eşitmə, həm də görmə üsulu ilə müvafiq sıradakı sözlərin yaddasaxlanılmasının orta əmsalı hesablanır. Əldə edilən nəticələr (eşitmə üsulu və görmə üsulu ilə yaddasaxlamanın \msalları) müqayisə edilir, sınanılan şıxsin domunant hafizə tipi müəyyənləşdirilir.



Vasitəli yaddasaxlamanın diaqnostikası. Bu metodikada eyni bir materialın vasitəısi və vasitəsiz yaddasaxlama üsulu ilə məhsuldarlığının nəticələri müqayisə olunur. Tam müqayisə üsulu ilə qeyd olunan hər iki yaddasaxlama üsulundan hansının məhsuldar və neçə dəfə məhsuldar olması haqqında konkret nəticə çıxarılır. Bu metodikanı həyata keçirmək üçün nəticədən hər birində 20 söz yazılmış 2 sıra hazırlanır. Bu sözlər cəlbedici anlayış mənası verməlidir. Məsələn:

  1. Sanksiya 1. İnikas

  2. Fantaziya 2. Abstaksiya

  3. Qərar 3. Substansiya

  4. Ehtimal 4. Münasibət

  5. Estetika 5. Çağırış

  6. İntuisiya 6. Mühakimə

  7. Cəlbedicilik 7. Mümkünlük

  8. Səbr 8. İntonasiya

  9. Anlayış 9. Şübhə

  10. Təfəkkür 10. Nifrət

  11. Məkan 11. Əhəmiyyət

  12. Yaradılış 12. Prinsipiallıq

  13. Qanunçuluq 13. Qavrayış

  14. Tanımaq 14. Meyl

  15. Qabiliyyət 15. Düşüncə

  16. İnduksiya 16. Avantyura

  17. İnşa 17. Sakitlik

  18. Yaradıcılıq 18. Analogiya

  19. Sazlamaq 19. Rəhimlilik

  20. Üz döndərmək 20. Şadlıq

Diaqnostika 2 mərhələni əhatə edir. I mərhələdə sınanılan şəxsə I sıradakı sözlər arasında 1 saniyə interval olmaqla oxunur. Sonra sınanılan şəxs heç bir vasitədən istifadə etmədən həmin sözləri yada salır. II mərhələdə sınanılan şəxsə II sıradakı sözlər həmin intervalla oxunur və həmin şəxsə qavranılan sözləri daha yaxşı yadda saxlamaq üçün sözə aid şəkil çəkmək ixtiyarı verilir. Əgər sınanılan şəxs şəkil çəkə bilmirsə, sözlərin oxunması intervalını 5 saniyəyə qədər uzatmaq olar. Dinləmə başa çatdıqdan sonra sınanılan şəxs həmin sözləri söyləməlidir.

Həm birinci, həm də ikinci halda vasitəli və vasitəsiz yaddasaxlamanın uyğun göstəriciləri yuxarıda göstərilən düsturla hesablanır. Ən nəhayət, vasitəli yaddasaxlama əmsalı vasitəsiz yaddasaxlama əmsalına bölünür, vasitəli yaddasaxlamanın vasitəsiz yaddasaxlamaya nəzərən neçə dəfə məhsuldar olması tapılır.



Korreksiya sınağı” metodikasına aid blank (əlavə 1)

s x a v i h o n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i a h s v i n o a h s v i n o x s x a v i h o n x a h s v n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i a h o n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i a h s v i n o a h s v i n o x s x a v i h o n x a h s v n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n x a v i a h s v i n o x s x a v i n x n o x x a h s v n x a h s v i n o x s x a v i n x a h s v a h h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i a h o n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a s v i n o x s x a v i h o n x a h s v i n x a v i a h s v i n o x s x a v i n x n o x x a h s v n x a h s v i n o x s x a v i n x a h o x s x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i n x a h s v a h s v i v i n o x s x a v i a h s v i n o a h s v i n o x s x a v i h o n x a h s v n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n x a v i a h i n x a h s v a h s v i n o x s h s v n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i a h o n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i n x a h s v a h s n x a h s v i n x a v i a h s v i n o x s x a v i n x n o x x a h s v n x a h s v i n o x s x a v i n x a h o x s x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i n x a h s v a h s v i v i n o x s x a v i a h s v i n o a h s v i n o x s x a v i h o l k o p j k l g h b n v f r d s e ü a q a s m s d f r g t h y u e r d b g h j i o l h j k b n g y f t r e d s r c s d a v x h o n x a h s v i n x a v i a h i n x a h s v a h s v i n o x s h s v n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i a h o n x a h s v i n o x h o n x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i n x a h s v a h s v i v i n o x s x a v i a h s v i n o a h s v i n o x s l m n j u y h g t f v r d e ü s a dq r t fh u i i o p k h y t r f d a s x z k i o p k j n h n x a h s v i n o x s x a v i n x a h o x s x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i n x a h s v a h s v i v i n o x s x a v i a h s v i n o a h s v i n o x s x a v i h o l k o p j k l g h b n v f r d s e ü a q a s m s d f r g t h y u e r v i n o x s x a v i a h o n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a s v i n o x s x a v i h o n x a h s v i n x a v i a h s v i n o x s x a v i n x n o x x a h s v n x a h s v i n o x s x a v i n x a h o x s x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i n x a h s v a h s v i n o x s x a v i h o n x a h s v i n o x s x a v i a h s v i n o x s x a v i n x a h s v a h s v i v i n o x s x a v i a h s v i n o a h s v i n o x s x a v i h o n x a h s v n x a h s v i n o x
Yüklə 32,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin