Krım müharibəsinə səbəb olan amillər


Alman Milli Birliyinin qurulmasında Bismarkın rolu



Yüklə 52,19 Kb.
səhifə10/28
tarix02.01.2022
ölçüsü52,19 Kb.
#35788
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
1. sualin cavabi

9.Alman Milli Birliyinin qurulmasında Bismarkın rolu

Almaniyanın birləşməsi hələ 1848-ci il inqilabının əsas məqsədlərindən sayılırdı. Həmin ərəfədə alman dövlətlərinin nümayəndələri görüşərək federativ dövlətin konstitusiyasını hazırlamışdılar. Federasiyanın ancaq kişilər tərəfindən seçilən parlamenti də olmalı idi. 1849-cu ilin aprelində Frankfurt parlamenti kral IV Fridrix Vilhelmə Prussiya imperatoru titulunu götürmək təklifini verdi. Ancaq kral Avstriya və Rusiyanın hərbi müdaxiləsindən və digər alman knyazlarından ehtiyatlanaraq bundan imtina etdi.

1854-1855-ci illərdəki Krım müharibəsi və 1859-cu ildə ikinci italyan müharibəsi Böyük Britaniya, Fransa, Rusiya və Fransa arsındakı müttəfiqlik münasibətlərini pozur. Bu fövqdə Almaniya İmperiyası yaradılır və bununla da Avropada yeni və nəhəng güc mərkəzi formalaşır. Bu Bismarkın diplomatiyası, hərbi nazir Runun ordunu yenidən qurması və baş qərargah rəisi Moltkenin hərbi strategiyası nəticəsində mümkün olur.

30 sentyabr 1862-ci ildə Bismark Prussiya deputatları qarşısında tarixə düşən bir çıxış edir:"Prussiya öz hakimiyyətini əlverişli şərait üçün qoruyub saxlamalıdır. Prussiyanın sərhədləri Vyana müqaviləsinə əsasən heç də normal dövlətə uyğun deyil. Böyük məsələlər heç də 1848-ci və 1849-cu illərdə olduğu kimi adi səs çoxluğu ilə deyil, qan və dəmirlə qəbul edilməlidir."Bu halda yeni kansler alman dövlətlərinin vahid dövlətdə birləşməsini nəzərdə tuturdu. Onun fikrincə Prussiya bu işdə Avstriya ilə rəqabətdə udmalı idi.

Təhlükəni hiss edən Avstriya kralı Frans-İosif Prussiya kralı Vilhelmin olduğu Qaşteynə gələrək onunla görüşmək istəyir. Bismark kralı bu görüşdən imtina etməyə inandıra bilir. Frankfurtda ənənəvi olaraq yığışan alman dövlətlərinin rəhbərləri bu qənaətə gəlirlər ki, Prussiyasız birləşmiş Almaniya mümkün deyil. Bununla da Avstriyanın alman işlərində hegemonluq iddialarına son qoyulur.

Bismarkla parlamentin münaqişəsi daha da dərinləşir və 1863-cü ildə Deputatalar Palatası Bismarkla işləməyin qeyri-mümkünlüyü barədə qərar qəbul edir. Buna cavab olaraq kral parlamenti qeyri-konstitusiya hərəkətində ittiham edərək buraxır. Bismark isə mətbuat azadlığını məhdudlaşdıran sərəncam imzalayır. Onun siyasəti onun nüfuzunu aşağı salır, onun tərəfdarları 1863-cü il seçkilərində üçdə iki səs toplayan liberallara uduzurlar. Yeni tərkib deputatları dəfələrlə kraldan Bismarkı vəzifədən uzaqlaşdırmağı tələb edirlər. Ancaq o Bismarksız yeni hökumətdə liberalların üstünlük qazanacaqlarından ehtiyatlandığına görə bundan imtina edir.

Almaniyanın birləşdirilməsi

1866-cı ildə Prussiya Hannover krallığını da özünə birləşdirir. Onun kralı V Georq Hannoverə xəzinənin yarısını özünə saxlamaq ixtiyarı verilir, qalanı isə Prussiya krallığının xəzinəsinə keçirilir. 1868-ci ildə Bismark Georqu əlində olan 16 milyon taleri dövlət əleyhinə qəsdin hazırlanmasına xərcləməkdə günahlandırır və bu vəsait onun əlindən alınır. Sonradan Bismark həmin vəsaitlə gizli fond yaradaraq jurnalistləri ələ almaq və rəqiblərini gözdən salmaq üçün bu pullardan istifadə etməyə başlayır. 1870-ci ildə isə həmin vəsaitdən istifadə edərək Bavariya kralı II Lüdviqin I Vilhelmi ümumalman imperatoru kimi qəbul etməsinə nail olur.

Bismark Hannover kralınının əlindən alınmış vəsaitlə yaradılmış fonddan həmçinin qəzetlər vasitəsilə vəliəhd Fridrixi və onun həyat yoldaşı, Britaniya kraliçası Viktoriyanın qızı Viktoriyanı gözdən salmaq üçün istifadə etməyə başlayır. Onlar hakimiyyətə gələcəkləri təqdirdə birləşmiş Almaniyanın siyasi sistemini Britaniya sayağı qurmaq və kansleri parlament qarşısında məsul etmək istəyirdilər.

Həmin dövrdə imperator çox yaşlı və xəstə idi. Bismark ehtiyat edirdi ki, vəliəhd hakimiyyətə gələcəyi təqdirdə onu liberal fikirli bir siyasətçi ilə əvəz edəcək. Ona görə də o vəliəhdi kənar təsirlərdən qorumaq və onu qeyri-populyar etmək istəyirdi.

1892-ci ildə Bismarkın istefasından sonra kayzer II Vilhelm həmin fondda olan vəsaititi qiymətli kağızlar kimi buraxaraq gəlirini büdcəyə yığır.


Yüklə 52,19 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin