Krım müharibəsinə səbəb olan amillər


ABŞ-ın “Açıq qapı” siyasəti və əsas mahiyyəti



Yüklə 52,19 Kb.
səhifə28/28
tarix02.01.2022
ölçüsü52,19 Kb.
#35788
1   ...   20   21   22   23   24   25   26   27   28
1. sualin cavabi

46. ABŞ-ın “Açıq qapı” siyasəti və əsas mahiyyəti

Get-gedə güclənən Amerika dövləti də Avropanın böyük dövlətlərindən geri qalmırdı. Hələ 1899-cu ilin payızında Amerika hökuməti Çində “açıq qapılar” prinsipini elan etmək təklifi ilə çıxış etmişdi. Beynəlxalq münasibətlər tarixində bu, ABŞ-ın dövlət katibinin adı ilə Hey doktrinası kimi məşhurdur. Hey aparıcı dövlətlərə xüsusi notalar göndərdi. Doktrinanın mahiyyəti bundan ibarət idi ki, Çinin icarəyə verilmiş ərazisi və digər dövlətlərin mənafe dairələri də daxil olmaqla Çinlə ticarət edən bütün olkələr üçün bərabər hüquq və imkanlar yaradılmalı idi.



ABŞ hökumətinin Çində əsas rəqibi Rusiya idi. Rusiyanı Çindən sıxışdırmaqdan ötrü Amerika diplomatiyası ingilis diplomatiyası ilə birlikdə Yaponiyaya müttəfiq kimi baxırdı. 1900-cü ildə Çində üsyan baş verdi. Üsyançılar Pekini tutaraq, xarici dövlətlərin səfirliklərinin yerləşdikləri məhəlləni mühasirəyə aldılar. Üsyanı yatırmaq üçün Çinə beynəlxalq qüvvələr göndərildi. Bu qüvvələr üsyanı qəddarlıqla yatırdılar. Çin xarici ölkələrlə danışıqlara başladı. Danışıqlar nəticəsində 1901-ci ildə yekun protokolu imzalandı. Protokola görə, Çin bir sıra şərtləri yerinə yetirməyə məcbur oldu. Çin hökuməti xaricilərə dəyən zərəri ödəməkdən ötrü təzminat verməli idi və Çinə xaricdən silah gətirilməsi qadağan olundu. Bu sənəd Çinin əsarət altına alınmasında və onun müstəmləkə asılılığının güclənməsində yeni bir mərhələ oldu. 1902-ci ildə bütün Avropa dövlətləri Heyin təklifini qəbul etdilər. Rusiyaya gəlincə isə o, bir sıra qeyd-şərtlər etdi, belə ki, onun Çinə daşıdığı malların tarif müdafiəsinə ehtiyacı var idi. Beləliklə, yalnız Rusiya xüsusi mövqe tuturdu ki, bu da müəyyən mənada ABŞ, İngiltərə və Yaponiyanın Uzaq Şərqdə ona qarşı yaxınlaşmasına təsir göstərdi.

48. Rus-yapon müharibəsində Almaniyanın mövqeyi və maraqları
Yüklə 52,19 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin