74
parametrlərlə axtarışını, verilən və qaytarılan ədəbiyyatın qeydiyyatını, borclu
olan oxucuların avtomatlaşdırılmış nəzarətini və s. həyata keçirirdi.
2003-2004-cü ildə kitabxana proseslərinin avtomatlaşdırlması üçün
müvafiq şöbə tərəfindən «Kitabxana» adlı proqram təminatı hazırlanaraq
MEK-dəki ənənəvi proseslərin avtomatlaşdırılması və elektron kataloqun
yaradılması işinə tətbiq olundu. Proqram beynəlxalq standartlara uyğun
olmasa da, elektron resursların formalaşdırmasına və istifadəsinə, eləcə də
kitabxanada
avtomatlaşdırılmış
informasiya
axtarış
sistemlərinin
formalaşmasına təkan verdi.
2005-ci ildə kitabxana İRBİS-64 avtomatlaşdırılmış kitabxana
informasiya sisteminin «Web-Çitatel» (Z 39.50 komponenti ilə) modulun əldə
edilməsi üçün «Elektron kitabxanalar və yeni informasiya texnologiyalarının
hazırlanması və istifadəçiləri Beynəlxalq Assosiasiyası» (Assoüiaüiə
GBNİT) ilə müqavilə bağladı. Bununla əlaqədər kitabxanada həmin sistemin
nəzəri və təcrübi məsələləri ilə bağlı təlim kursları keçirildi. 70-dən çox
kitabxanaçı təlim kurslarına cəlb olundu.
Artıq 2006-cı ildə AMEA Mərkəzi Elmi Kitabxanası
və Elmi-Tədqiqat
Müəssisələri kitabxana şəbəkəsinin Avtomatlaşdırılmış İnteqrasiyalı
Kitabxana Sisteminin yaradılması proqramı hazırlanmış, həmin proqrama
əsasən şəbəkə kitabxanalarının əməkdaşları üçün «İRBİS-64» avtomatlaşdırıl-
mış kitabxana-informasiya sisteminin tədrisi təşkil olunmuşdur. Bundan sonra
proqramda nəzərdə tutulmuş digər işlər-«İRBİS-64» avtomatlaşdırılmış
kitabxana-informasiya sisteminin şəbəkə kitabxanalarında yerləşdirilməsi və
ona nəzarət həyata keçirildi.
2007-ci il aprelin 20-də dövlətimizin başçısı cənab İlham Əliyev
tərəfindən imzalanmış «Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdı-
rılması haqqında» sərəncamdan sonra kitabxana dünya informasiya
inqteqrasiyanın təmin edilməsi məqsədi ilə öz qarşısında konkret vəzifələr
müəyyənləşdirdi (2.
866-868).
Sərəncamın 1.3 bəndinə (Ölkənin iri kitabxanalarının elektron kataloqu
və elektron kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması və onun
bazasında «Azərbaycan ədəbiyyatının virtual kitabxanası»nın oxucuların tam
istifadəsinə verilməsi) əsasən AMEA Mərkəzi Elmi Kitabxanasının elektron
kataloqu və elektron kitabxanasının müasir standartlar səviyyəsinə
qaldırılması, kadrlarla iş prosesinin yaxşılaşdırılması, beynəlxalq əlaqələrin
genişləndirilməsi, kitab mübadiləsinin artırılması, mövcud olan qiymətli,
nadir, tarixi nəşrlərin qorunması, bərpası, respublika səviyyəli səyyar və
ənənəvi sərgilərin keçirilməsi işinin təkmilləşdirilməsi ilə bağlı «Tədbirlər
planı» hazırlanıb AMEA Rəyasət Heyətinə təqdim olundu.
2007-ci ilin önəmli hadisələrindən biri də kitabxananın veb səhifəsinin
Birləşmiş Millətlər Təşkilatının ―Avard‖ mükafatına layiq görülməsi oldu.
75
2008-ci ildə «Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» imzalandı.(1)
Bu proqram ölkə kitabxanalarının dünya informasiya məkanına
inteqrasiyasının təmin edilməsi məqsədi ilə dövlət orqanları qarşısında konkret
vəzifələr qoydu.
Məhz
elə
həmin
ildən
etibarən
kitabxananın saytı yeni
avtomatlaşdırılmış idarəetmə sisteminə keçdi. Belə ki, saytın idarə olunması
işini asanlaşdırmaq məqsədi ilə Onlayn İdarəetmə Sistemi yaradıldı. Bu sistem
vasitəsilə sayt mütəmadi olaraq yenilənmiş, bütün sənədlər, məlumatlar
elektron formada serverə (hostinq) daxil edilmişdir. Sistem vasitəsilə sayta
560 meqabayt həcmində məlumat və təsvir yerləşdirilmişdi.
2009-cu ildə UNESCO-nun illik veblioqrafiyasında Mərkəzi Elmi
Kitabxananın saytı barədə məlumat dərc olundu.
2009-cu ildə həmçinin, kitabxananın elektron kataloqunun və daxili
Verilənlər Bazasının İnternet şəbəkəsində əlyetərliliyi təmin olundu.(3)
Artıq bir neçə ildir ki, kitabxana dünyanın irihəcmli informasiya
bazalarından EBSCO, İNTAS, SVİTS, İOP, APS və s.-dən istifadə etmək
imkanı əldə etmiş və internet vasitəsilə 500 mindən artiq elektron nəşri və el-
mi jurnalı oxuculara təqdim etmişdir. Bundan əlavə, kitabxananın elektron
kataloqunu internet istifadəçilərinə təqdim etmək məqsədi ilə ―WEB-İRBİS‖
proqramının sınaq variantı internetə qoşulmuş, ―WEB-İRBİS‖ proqram təmi-
natının interfeysi Azərbaycan dilinə tərcümə olunmuşdur. Kitabxanada WEB-
Şlyuz İRBİS-64 proqramının təminatı istiqamətində HTTP Server
quraşdırılmış, Web-İrbis proqramı internetə buraxılmış, 8 elektron baza WEB-
Şlyuza qoşulmuşdur. (4)
Hal-hazırda kitabxanada avtomatlaşdırılmış rejimdə 100-ə yaxın
kompüter, 3 server və 13 şöbə fəaliyyət göstərir. Mövcud maddi-texniki baza
və ixtisaslaşmış kitabxanaçı kadrlar bütün kitabxananın və şöbələrin şəbəkə
rejimində işini təmin edir.
Ümumiyyətlə, Azərbaycan elminin dünyaya inteqrasiyasında və ən
qabaqcıl intellektual təcrübənin öyrənilməsində böyük xidmətləri olan AMEA
Mərkəzi Elmi Kitabxanası son illərdə öz elektron kataloqu ilə yeni kitabxana-
informasiya texnologiyalarının mənimsənilməsi və tətbiqi sahəsində mühüm
və əhəmiyyətli addımlar atmış-dünya və yerli elektron resursların
əlyetərliliyinin təmin olunmasının vəzifə və prinsiplərinə cavab verən bir
informasiya mərkəzinə çevrilmişdir.
Dostları ilə paylaş: