Müəllimin kompetensiyası. Səriştəli müəllim anlayışı.
Müəllimin pedaqoji ustalığı, səriştəliliyi və peşəkarlığı ilk növbədə onun yüksək əxlaqi keyfiyyətlərində xoş görünüşündə, mehriban ünsiyyətində, səliqəli geyimində özünü göstərir.
Bütün bunlar isə müəllimin yüksək peşəkarlıq və səriştəli müəllim modelinin hazırlığı deməkdir. Bu modeldə müəllimin səriştəliliyinin aşağıdakı istiqamətlərini göstərmək olar. Başqa sözlə müəllimin kompetensiyasına aşağıdakılar daxildir:
1. Müəllimin sosial-psixoloji səriştəliliyi.
2. Müəllimin ümumpedaqoji peşə səriştəsi.
3. Müəllimin tərbiyəçilik fəaliyyəti səriştəsi
4. Müəllimin ixtisas biliyi səriştəsi.
5. Müəllimin didaktik səriştəsi
6. Müəllimin idarəçilik səriştəliliyi.
7. Müəllimin refleksiya (özünənəzarət, özünütəhlil) səriştəliliyi.
8. Müəllimin məlumatlılıq səriştəliliyi.
9. Müəllimin innovasiya fəaliyyətində səriştəlilik.
10. Müəllimin yaradıcılıq səriştəlilyi.
11.Müəllimin tədqiqatçılıq səriştəliliyi.
12. Müəllimin nitq qabiliyyəti səriştəliliyi.
13. Müəllimin ünsiyyət mədəniyyəti
14. Müəllimin ümüumi dünyagörüşü və mədəni səviyyəsi
15. Müəllimin ziyalılığı.
Y.A.Komenski "Böyük didaktika" adlı əsərində yazırdı: "Bizə təbiət əxlaqı verirsə də, biliyi və xeyirxahlığı vermir". Bunu müəllim öyrənməli və öyrətməlidir. Y.A. Komenski şəxsiyyətin inkişafı üçün məktəb, təlim-tərbiyə işini təkmilləşdirməyi, müəllim əməyinin insan tərbiyəsi üzərində ciddi çalışmasını zəruri bilirdi. Müəllim vəzifəsi оnа görə şərəflidir ki, о, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkаlı, tərbiyəli, vətənpərvər vətəndаş hаzırlаyır. Müəllim dünyаdа yеgаnə şəхsiyyətdir ki, cəmiyyət öz gələcəyini – uşаqlаrının tərbiyəsini yаlnız оnа еtibаr еdir .
10. Təhsil kurikulumu Təhsil kurikulumuna Təhsil proqramı və ya Milli kurikulum da deyilir. Hər bir fənnə aid olan kurikulum olur ki, buna da fənn kurikulumu deyilir. Umumi Təhsil Kurikulumu isə bundan fərqli olaraq daha geniş məzmunludur, ümumi fənləri özündə birləşdirir, yəni bir fənlə deyil, ümumi təhsillə bağlı sənəddir. Ümumi təhsil üzrə təhsil proqramına (kurikulumuna) isə 3 iyun 2010-cu ildə qəbul olunmuş ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) aiddir. Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətində qüvvədədir.
Ümumi təhsilin məzmunu humanistlik, dünyəvilik, varislik, inteqrativlik nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönümlülük prinsipləri əsasında müəyyənləşdirilir. Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:
-təhsilin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq;
-məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək;
-təhsilalanların təlim marağını, potensial imkanlarını, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ, psixomotor bacarıqların aşılanmasını təmin etmək;
- təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü məsələlərin daxil edilməsinə yol verməmək