1.Rəsmi kurikulum. Rəsmi məktəb sistemində biliklərin tədrisi ilə əlaqədar olan xüsusi bir kurikulum növüdür. O, kurikulum üzrə gələcək perispektivlər, kurikulum siyasəti üzrə müddəalar, əsas prinsiplər, ümumi təlim nəticələri, məktəbdə tədris olunan hər bir fənn üzrə konkret təlim məqsədləri, hər bir fənnə ayrılan vaxt, mövzular və məzmun, hər bir fənn üzrə qiymətləndirmə və dəyərləndirmə, dərs və dərs planlarından ibarətdir
2. Qeyri-rəsmi kurikulum. Bu, rəsmi kurikulumun tərkib hissəsi olmayan, lakin öyrənənlərin hərtərəfli inkişafı üçün müəyyən əhəmiyyət kəsb edən biliklərin və dəyərlərin əldə edilməsi, müvafiq bacarıqların formalaşdırılması ilə ( məsələn, şahmat klubları, dram klubları, astronomiya klubları, müxtəlif idman oyunları və s. ilə ) bağlı olan kurikulumlardır.
3. İnteqrasiya olunmuş kurikulum. 4.Əhatəli Kurikulum- Bu kurikulum şagirdlərin müxtəlifliyini əsas prinsip kimi götürür. İrqi ayrıseçkilik, yaş ayrıseçkiliyi, fiziki qusurluluq kimi problenlərin həlli burda öz həllini tapmış olur.(yəni şagirdlər arasında heç bir baxımdan ayrı seçkilik etmək olmaz).
5. Nəticələrə əsaslanan kurikulum 6.Fənlərə əsaslanan kurikulum 5. Kurikulumun modelləri Müasir dünyada mövcud olan kurikulum modelləri təklifyönümlü və təlabatyönümlü modellərə ayrılır. Təklifyönümü modelə misal olaraq bir çox keçmiş sovet respublikalarında və o cümlədən Azərbaycanda müstəqilliyin ilk illərində tətbiq edilən fənyönümlü kurikulumları göstərmək olar. Təklifyönümlü modeldə belə fərz olunur ki, əgər öyrənənlərə fənnin məzmunu tədris olunursa, bu, onları real həyatda mövcud olan mürəkkəb məsələləri həll etmək üçün zəruri bilik və bacarıqlarla təmin edəcəkdir.
Təklifyönümlü kurikulumun tələbata uyğun olmaması bir sıra postsovet respublikalarında müxtəlif qeyri-hökumət təşkilatları və beynəlxalq yardım agentləri tərəfindən aparılmış tədqiqatlarda da təsdiqlənmişdir.
Tələbatyönümlü model isə müasir iqtisadi, sosial və mədəni şəraitin təhsil müəssisələrində tədris olunan fənlərə təsirini nəzərdə tutur, ilk növbədə öyrənənlərə günləlik həyatları üçün lazımi bilik və bacarıqların verilməsini təmin edir. Son illərdə bir çox ölkələrdə, o cümlədən İngiltərə, Avstraliya, Kanada və ABŞ-da tələb olunan bilik və bacarıqların siyahısı hazırlanmışdır. Buraya problemin həlli, səmərəli ünsiyyət, əməkdaşlıq bacarığı və hamının hüquqlarına hörmət məsələləri də daxildir.
Deyilənlərdən aydın olur ki, müstəqillik əldə etmiş postsovet respublikalarında, o cümlədən Azərbaycanda nəticəyönümlü kompleks kurikulum modelinin tətbiqi daha məqsədəuyğundur. Bu model təkcə rəqabətin olduğu şəraitdə tələb olunan biliklərin verilməsini nəzərdə tutmur, o həmçinin bərabərliyin və sosial ədalətin yaradlımasını təmin edir.