Kurikulum haqqında ümumi məlumat


Fənn kurikulumları haqqında ümumi məlumat( 14-19 daxildir)



Yüklə 71,57 Kb.
səhifə9/24
tarix25.12.2023
ölçüsü71,57 Kb.
#197241
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
utke 1-43

13. Fənn kurikulumları haqqında ümumi məlumat( 14-19 daxildir)
14. Fənn kurikumlarının strukturu
Azərbaycanda kurikulumlara ciddi konseptual sənəd kimi yanaşılır. Onun fənn üzrə bütün fəaliyyətləri istiqamətləndirə biləcək bir sənəd olması vacib hesab edilir. Ona görə də orada ilkin olaraq fənnin məzmununa yer ayrılır. Şagirdlərin əldə edəcəkləri nəticələr təhsil pillələri və siniflər üzrə müəyyənləşdirilir. Şagirdlərin, daha geniş mənada, məktəbin nailiyyətlərinin müəyyən olunmasında onlar əsas vasitə kimi çıxış edir.
Qiymətləndirmə mexanizmləri kurikulumun məzmununda xüsusi yer tutur.
Hər bir fənn kurikulumunda sonuncu bölmə kimi təqdim olunan qiymətləndirmə hissəsi mahiyyət etibarilə Azərbaycan təhsilində yeni yanaşma tərzidir. Bu sistemdə qiymətləndirmənin müxtəlif növləri, formaları və vasitələrinin özünəməxsusluğu nəzərə alınır.
Söylədiklərimiz fənn kurikulumunun strukturunu belə təsəvvür etməyə əsas yaradır:
Giriş

  1. Fənnin məqsəd və vəzifələri, onun əhəmiyyətinin əsaslandırılması.

  2. Fənnin xarakterik xüsusiyyətləri.

Fənnin məzmunu

  1. Təhsil pillələri üzrə təlim nəticələri.

  2. Fənn üzrə məzmun xətləri və onların əsaslandırılması.

  3. Hər bir sinif üzrə ümumi təlim nəticələri (əsas məzmun standartları).

  4. Ümumi təlim nəticələri əsasında zəruri minimumun və daha yüksək səviyyəli alt standartların müəyyənləşdirilməsi və əsaslandırılması.

  5. Fəndaxili və fənlərarası inteqrasiya.

  6. Ümumi təlim nəticələrinə əsasən şagird nailiyyətlərinə verilən minimum tələblərin təsviri.

Təlim strategiyaları

  1. Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri.

  2. Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyyələr.

  3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr.


Yüklə 71,57 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin